Yataqxanada yanğın: Ana və oğlu tüstüdən zəhərləndi
22 Avqust 2026, 20:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
566
08.04.2025, 13:01
Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva bu günlərdə Bakının dəbdəbəli restoranlarının birində oğluna möhtəşəm toy çaldırıb.
Oxu24.com xəbər verir ki, bu barədə toyda iştirak edən qonaqlar sosial şəbəkələrdə paylaşım edib. "Meridian Park Luxury" restoranında baş tutan toy məclisinə ulduzlar axın edib. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilərin qatıldığı toy məclisində bir sıra rəsmi şəxslər, regional idarə müdirləri, çox sayda məktəb direktoru iştirak edib.
"Meridian Park Luxury" Bakının ən bahalı şadlıq saraylarından sayılır. Qeyd olunan restoranda bir nəfər üçün qiymət 200 manatdan başlayır. Eyni zamanda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan kimi sənətçilərin yarım saatlıq toy məclisində iştirak qiyməti 15 min manat, Murad Arifin isə 10 min manat civarındadır.
Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə hallanmışdı. Sonradan Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddiaların təsdiqini tapmadığını bildirmişdi.
Redaksiyamız həyatını birləşdirən gəncləri təbrik edir, onlara xoşbəxtlik arzu edir.
Məqaləyə dair fotomateriallar:

20:14 / 22 Avqust 2026
7
19:59 / 22 Avqust 2026
28
19:48 / 22 Avqust 2026
34
19:33 / 22 Avqust 2026
50
18:55 / 22 Avqust 2026
123
18:26 / 22 Avqust 2026
60
18:21 / 22 Avqust 2026
72
13:55 / 22 Avqust 2026
100
13:36 / 22 Avqust 2026
544
13:34 / 22 Avqust 2026
112
13:31 / 22 Avqust 2026
115
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
101
12:35 / 22 Avqust 2026
91
12:34 / 22 Avqust 2026
130
12:15 / 22 Avqust 2026
93
11:59 / 22 Avqust 2026
107
11:40 / 22 Avqust 2026
120
11:25 / 22 Avqust 2026
110
11:04 / 22 Avqust 2026
116
10:54 / 22 Avqust 2026
113
10:30 / 22 Avqust 2026
109
10:10 / 22 Avqust 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.