Yataqxanada yanğın: Ana və oğlu tüstüdən zəhərləndi
22 Avqust 2026, 20:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
472
07.04.2025, 19:53
6 Aprel, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb.
Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Məclis spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova imzalayıblar.
Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
Fondun prezidenti Aktotı Raimkulova bu Memorandumun, Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi və ortaq irsin qorunması baxımından töhfələr verəcəyinə əminliyini ifadə edib. O, Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında qurulan bu əməkdaşlığın, türk mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına və təşviqinə yeni imkanlar yaradacağını qeyd edib.
Görüş Fond ilə Şəbəkə arasındakı əməkdaşlığın gələcək planları üzərində müzakirələrlə davam edib.
7 aprel, 2025-ci il tarixində, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən IV konfransına qatılıb.
“Bandunq Ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş tədbirə Azərbaycan Respublikasının Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.
Konfrans çərçivəsində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun mədəni müxtəliflik və sülh dəyərlərinin təşviqinə yönəlmiş fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verib.
Bu istiqamətdə UNESCO, ICESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA və digər beynəlxalq tərəfdaşlarla həyata keçirilən əməkdaşlıq layihələrini diqqətə çatdırıb.
O, həmçinin Fondun Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə, 6 aprel 2025-ci il tarixində tərəflər arasında Anlaşma Memorandumunun imzalandığını və bunun tərəfdaşlığın yeni mərhələsinə keçidin göstəricisi olduğunu vurğulayıb.
Tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirən Fondun prezidenti belə beynəlxalq platformaların ortaq dəyərlərin təşviqi və bölgədə Türk xalqları başda olmaqla qlobal mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini bildirib.
Konfrans zamanı Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və regional mədəni əməkdaşlığa verdiyi töhfə yüksək qiymətləndirilib.
20:40 / 22 Avqust 2026
37
20:15 / 22 Avqust 2026
22
20:14 / 22 Avqust 2026
51
19:59 / 22 Avqust 2026
54
19:48 / 22 Avqust 2026
62
19:33 / 22 Avqust 2026
66
18:55 / 22 Avqust 2026
136
18:26 / 22 Avqust 2026
71
18:21 / 22 Avqust 2026
84
13:55 / 22 Avqust 2026
105
13:36 / 22 Avqust 2026
574
13:34 / 22 Avqust 2026
114
13:31 / 22 Avqust 2026
115
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
101
12:35 / 22 Avqust 2026
91
12:34 / 22 Avqust 2026
130
12:15 / 22 Avqust 2026
94
11:59 / 22 Avqust 2026
107
11:40 / 22 Avqust 2026
122
11:25 / 22 Avqust 2026
110
11:04 / 22 Avqust 2026
117
10:54 / 22 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.