Yataqxanada yanğın: Ana və oğlu tüstüdən zəhərləndi
22 Avqust 2026, 20:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1567
07.04.2025, 18:20
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin məhkəmə prosesi yekunlaşıb.
Oxu24.com xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona bəraət verilib.
Qeyd edək ki, Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumatına görə, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı ötən il noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.
Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş media-turda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib (APA).
20:40 / 22 Avqust 2026
37
20:15 / 22 Avqust 2026
22
20:14 / 22 Avqust 2026
51
19:59 / 22 Avqust 2026
54
19:48 / 22 Avqust 2026
62
19:33 / 22 Avqust 2026
66
18:55 / 22 Avqust 2026
136
18:26 / 22 Avqust 2026
71
18:21 / 22 Avqust 2026
84
13:55 / 22 Avqust 2026
105
13:36 / 22 Avqust 2026
574
13:34 / 22 Avqust 2026
114
13:31 / 22 Avqust 2026
115
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
101
12:35 / 22 Avqust 2026
91
12:34 / 22 Avqust 2026
130
12:15 / 22 Avqust 2026
94
11:59 / 22 Avqust 2026
107
11:40 / 22 Avqust 2026
122
11:25 / 22 Avqust 2026
110
11:04 / 22 Avqust 2026
117
10:54 / 22 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.