Yataqxanada yanğın: Ana və oğlu tüstüdən zəhərləndi
22 Avqust 2026, 20:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3014
07.04.2025, 17:43
Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsindən gedir.
Oxu24.com Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu, onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci ildə Yevlax şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olub.
O, Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 17 mart 2025-ci tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına layiq görülüb.
Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.
Xanlar Vəliyevin bu il martın 15-də 70 yaşı tamam olub.
21:35 / 22 Avqust 2026
2
20:40 / 22 Avqust 2026
60
20:15 / 22 Avqust 2026
108
20:14 / 22 Avqust 2026
65
19:59 / 22 Avqust 2026
65
19:48 / 22 Avqust 2026
73
19:33 / 22 Avqust 2026
77
18:55 / 22 Avqust 2026
145
18:26 / 22 Avqust 2026
81
18:21 / 22 Avqust 2026
97
13:55 / 22 Avqust 2026
114
13:36 / 22 Avqust 2026
609
13:34 / 22 Avqust 2026
114
13:31 / 22 Avqust 2026
115
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
101
12:35 / 22 Avqust 2026
91
12:34 / 22 Avqust 2026
130
12:15 / 22 Avqust 2026
94
11:59 / 22 Avqust 2026
107
11:40 / 22 Avqust 2026
122
11:25 / 22 Avqust 2026
110
11:04 / 22 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.