Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ
15 Dekabr 2025, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
363
07.04.2025, 17:01
Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
Birbank dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanmaqda olan “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabının Azərbaycan nəşrində yer alacaq. Kitabda Birbank-ın Azərbaycanda rəqəmsal bankçılığın inkişafında oynadığı əhəmiyyətli rol və təqdim etdiyi innovativ həllərin yerli müştəri davranışlarına və rəqəmsal maliyyə savadlılığına təsiri geniş şəkildə təhlil ediləcək.
100 ölkəni əhatə edən “Müasir Marketinqin Əsasları” kitabı dünyanın müxtəlif bölgələrindən real biznes nümunələri ilə zənginləşdirilmiş nüfuzlu bir vəsaitdir. Kitabda brend idarəçiliyi, məhsulun bazara çıxarılması, qiymət strategiyaları, marketinq kommunikasiyaları və rəqəmsal transformasiyanın marketinq strategiyalarına təsiri kimi mövzular geniş şəkildə araşdırılır. Kotler rəqəmsal texnologiyaların müştəri davranışına və marketinq yanaşmalarına necə təsir etdiyini izah edərkən, lokal bazarlarda innovativ həllərin sosial və iqtisadi dinamikaya gətirdiyi dəyişikliklərə də toxunur. Qeyd edək ki, “Kotler Impact”in MDB ölkəkələrindəki eksklüziv nümayəndəsi olan “AWE Consulting” kitabın yaranma prosesində mühüm rol oynayır və təqdim olunan marketinq nümunələrinin dəyərləndirməsinə böyük töhfə verir.
Birbank-ın bu kitabda yer alması təqdim edilən rəqəmsal həllərin yerli maliyyə bazarında müştəri davranışlarına təsir gücünü lokal və qlobal auditoriyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, bankın müştərilərlə kommunikasiya tərzi, maliyyə savadlılığının artırılmasına yönəlmiş kampaniyaları və innovativ xidmətləri kitabda lokal davranış dəyişikliyini formalaşdıran marketinq strategiyaları kontekstində təqdim ediləcək.
Birbank-ın sözügedən kitabda yer alması ilə bağlı fikirlərini bölüşən Kapital Bank-ın İdarə Heyətinin Sədri Fərid Hüseynov bildirib: “Filip Kotler kimi dünya marketinq elminin rəmzi olan bir mütəxəssisin kitabında yer almaq bizim üçün təkcə qürurverici hadisə deyil, eyni zamanda böyük bir məsuliyyətdir. Hazırda ənənəvi bank xidmətlərinin təmin olunması ilə yanaşı, bankımız həm də insanlara yeni maliyyə vərdişləri qazandırır. Müştərilərimizin gündəlik maliyyə davranışlarına əsaslanan müasir texnologiyalar tətbiq etməklə isə bank xidmətlərini daha da asan və əlçatan edirik. Bu, həm də bankımızın ölkəmizdə rəqəmsal bankçılıq vərdişlərinin formalaşmasına verdiyi töhfəsidir. “Müasir marketinqin əsasları” kitabında yer alaraq bankımızın son 5 ildəki uğur yolunu gənc nəsillərlə və biznes peşəkarları ilə bölüşmək fürsəti bizi yeniliklərə daha da ilhamlandırır”.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
23:02 / 15 Dekabr 2025
4
22:54 / 15 Dekabr 2025
14
22:49 / 15 Dekabr 2025
18
22:48 / 15 Dekabr 2025
19
22:31 / 15 Dekabr 2025
35
22:27 / 15 Dekabr 2025
29
22:09 / 15 Dekabr 2025
165
21:59 / 15 Dekabr 2025
41
21:45 / 15 Dekabr 2025
59
21:10 / 15 Dekabr 2025
1391
20:54 / 15 Dekabr 2025
85
20:38 / 15 Dekabr 2025
1095
20:16 / 15 Dekabr 2025
62
19:46 / 15 Dekabr 2025
155
19:15 / 15 Dekabr 2025
607
18:43 / 15 Dekabr 2025
587
18:36 / 15 Dekabr 2025
74
17:51 / 15 Dekabr 2025
96
17:37 / 15 Dekabr 2025
851
17:14 / 15 Dekabr 2025
106
17:08 / 15 Dekabr 2025
100
16:59 / 15 Dekabr 2025
219
16:49 / 15 Dekabr 2025
890
16:40 / 15 Dekabr 2025
213
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.