“TikTok”da video çəkmək istədi - “Tok” vurdu
22 Avqust 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1864
05.04.2025, 12:53
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu, “Efendiler Group” şirkətinin rəhbəri Ənvər Ənvərli (Vəliyev) sakinlərin razılığı olmadan Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində sakinlərin avtomobillərini park etməsini qadağan etdirib.
Oxu24.сom xəbər verir ki, Demokrat.az-ın məlumatına görə, icra başçısının oğlunun göstərişi ilə AYNA tərəfindən məhəllədaxili yola “dayanma, durma qadağandır” işarəsi qoydurub.
Sakinlərin narazılığına baxmayaraq, Ənvər Ənvərli bu addımı “Efendiler Group” şirkətinin ofisinə özünün rahat “giriş-çıxış” etməsi üçün atıb.
Sözügedən yol nişanının “Efendiler Group” şirkətinin müraciəti əsasında quraşdırılmasını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də təsdiqləyib:
“Əfəndilər” MTK tərəfindən olunmuş rəsmi müraciətə əsasən, Ülvi Rəcəbov küçəsində AYNA-nın əməkdaşları tərəfindən təhlillər aparılıb.
Təhlillərin nəticələrinə əsasən, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində parklanma səbəbindən qarşılıqlı hərəkətə maneə yarandığı müşahidə olunub. Belə ki, AYNA tərəfindən S.Mehmandarov küçəsində ödənişli parklanma məntəqləri təşkil olunmasına baxmayaraq, parklanmaya görə ödənişdən yayınan sürücülər həmin hissədə parklanma etməklə qarşılıqlı hərəkətə maneə yaradırlar.
Maneəsiz hərəkətin təşkil edilməsi məqsədilə həmin ərazidə dayanma-durmanı qadağan edən 3.27 yol nişanlarının qurşadırılması məqsədəuyğun hesab olunub”.
Qeyd edək ki, son illər Ənvər Ənvərlinin adı mediada bir sıra qalmaqallarda hallanıb.
22:37 / 22 Avqust 2026
49
21:49 / 22 Avqust 2026
95
21:35 / 22 Avqust 2026
71
20:40 / 22 Avqust 2026
83
20:15 / 22 Avqust 2026
126
20:14 / 22 Avqust 2026
82
19:59 / 22 Avqust 2026
69
19:48 / 22 Avqust 2026
91
19:33 / 22 Avqust 2026
92
18:55 / 22 Avqust 2026
161
18:26 / 22 Avqust 2026
92
18:21 / 22 Avqust 2026
106
13:55 / 22 Avqust 2026
116
13:36 / 22 Avqust 2026
688
13:34 / 22 Avqust 2026
114
13:31 / 22 Avqust 2026
116
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
104
12:35 / 22 Avqust 2026
96
12:34 / 22 Avqust 2026
133
12:15 / 22 Avqust 2026
97
11:59 / 22 Avqust 2026
113
11:40 / 22 Avqust 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.