“TikTok”da video çəkmək istədi - “Tok” vurdu
22 Avqust 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
556
04.04.2025, 18:32
Daxili İşlər Nazirliyi hazırda ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanı sosial şəbəkədə şantaj və təhdid edən şəxsin hesabını müəyyənləşdirərək silib.
Bu barədə jurnalistin özü məlumat yayıb.
Qənirə Ataşova buna görə Daxili İşlər Nazirliyinə təşəkkür edib:
"Bir müddətdir ki, TikTok sosial şəbəkəsində mənim və ailə üzvlərimin ünvanına təhqiredici məlumatlar paylaşan bir hesab fəaliyyət göstərirdi. Süni intellektdən istifadə edənlər elə düşünürdülər ki, tapılmayacaqlar. Məsələ hüquq-mühafizə orqanlarının nəzarətində idi və qısa müddət ərzində həmin hesab müəyyən olunaraq silindi.
Eyni zamanda təhqir yazan hər kəsə bir mesaj vermək istəyirəm: istər gizli adlardan istifadə edin, istərsə də VPN-lə gizlənməyə çalışın – unutmayın ki, sosial mediada heç nə gizli qalmır. Yazdığınız hər bir cümlə, istifadə etdiyiniz telefon, internet dalğası, hətta yazarkən barmağınızın toxunduğu ekran və gözünüzün rəngi belə iz qoyur. İnsanlar haqqında şər-böhtan, təhqir və şantaj xarakterli paylaşımlar etməzdən əvvəl düşünün. Dövlət bütün bu prosesləri izləyir və lazım gəldikdə sizin kimliyinizi də müəyyənləşdirə bilir".
Qeyd edək ki, bir müddət əvvəl jurnalist Qənirə Ataşova sosial şəbəkədə bəzi şəxslərin onu təhdid və şantaj etməsi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına çağırış etmişdi.
Xatırladaq ki, Q.Ataşova bir müddət öncə saxta diplomlu estetik həkimlərin siyahısını yaymışdı və bu məsələ Azərbaycanda ciddi səs-küy doğurmuşdu.
22:37 / 22 Avqust 2026
54
21:49 / 22 Avqust 2026
102
21:35 / 22 Avqust 2026
72
20:40 / 22 Avqust 2026
84
20:15 / 22 Avqust 2026
126
20:14 / 22 Avqust 2026
84
19:59 / 22 Avqust 2026
69
19:48 / 22 Avqust 2026
92
19:33 / 22 Avqust 2026
93
18:55 / 22 Avqust 2026
162
18:26 / 22 Avqust 2026
92
18:21 / 22 Avqust 2026
106
13:55 / 22 Avqust 2026
116
13:36 / 22 Avqust 2026
698
13:34 / 22 Avqust 2026
114
13:31 / 22 Avqust 2026
116
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
104
12:35 / 22 Avqust 2026
96
12:34 / 22 Avqust 2026
133
12:15 / 22 Avqust 2026
97
11:59 / 22 Avqust 2026
114
11:40 / 22 Avqust 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.