“TikTok”da video çəkmək istədi - “Tok” vurdu
22 Avqust 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1016
04.04.2025, 15:54
Respublika Endokrenoloji Mərkəzində baş verən qanunazid əməllərlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işinin istintaqı davam etdirilir.
Oxu24.com Trend-ə istinadla xəbər verir ki, Mərkəzin daha iki əməkdaşı - həkim endokrinoloqlar - Nüşabə Hüseynova və Nərmin Fərziyeva istintaqa cəlb olunublar.
Onlar davam edən cinayət işi üzrə ifadə veriblər.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.

22:37 / 22 Avqust 2026
54
21:49 / 22 Avqust 2026
102
21:35 / 22 Avqust 2026
72
20:40 / 22 Avqust 2026
84
20:15 / 22 Avqust 2026
126
20:14 / 22 Avqust 2026
84
19:59 / 22 Avqust 2026
69
19:48 / 22 Avqust 2026
92
19:33 / 22 Avqust 2026
93
18:55 / 22 Avqust 2026
162
18:26 / 22 Avqust 2026
92
18:21 / 22 Avqust 2026
106
13:55 / 22 Avqust 2026
116
13:36 / 22 Avqust 2026
698
13:34 / 22 Avqust 2026
114
13:31 / 22 Avqust 2026
116
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
104
12:35 / 22 Avqust 2026
96
12:34 / 22 Avqust 2026
133
12:15 / 22 Avqust 2026
97
11:59 / 22 Avqust 2026
114
11:40 / 22 Avqust 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.