Meteohəssas insanlar üçün BUGÜNÜN HAVASI
23 Avqust 2026, 02:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
532
31.03.2025, 09:49
Vanderbilt Universitetinin apardığı araşdırma yuxu rejiminin vaxtından əvvəl ölüm riski ilə əlaqəsini ortaya qoyub.
Oxu24.com e-saglam.az-a istinadən xəbər verir ki, tədqiqatda 40-79 yaş aralığında olan 47.000 insanın yuxu vərdişləri beş il ərzində izlənilib. Nəticələr göstərib ki, yuxu müddətindəki dəyişikliklər sağlamlıq üçün ciddi risklər yarada bilər.
Araşdırmaya görə, gündə 7-9 saat yatan insanlar sağlam yuxu rejiminə malikdirlər. Lakin iştirakçıların yalnız 30-45 faizi bu müddətə riayət edir. Çox qısa (7 saatdan az) və ya çox uzun (9 saatdan çox) yatmaq bədənə zərərli təsir göstərir və erkən ölüm riskini artırır. Xüsusilə nizamsız yuxu rejimi ölüm riskini 29 faiz yüksəldə bilər.
Mütəxəssislər bildirirlər ki, sağlam yuxu rejimi təkcə fiziki deyil, həm də psixi sağlamlıq üçün vacibdir. Yuxu müddətində tez-tez dəyişikliklər immun sistemini zəiflədə, ürək-damar xəstəliklərinə və diabetə səbəb ola bilər. Araşdırmaya əsasən, yuxu müddəti üç əsas kateqoriyaya bölünür:
Sağlam yuxu: 7-9 saat
Qısa yuxu: 7 saatdan az
Uzun yuxu: 9 saatdan çox
Yuxu rejimindəki dəyişikliklər sağlamlığa müxtəlif mənfi təsirlər göstərə bilər. Xüsusilə aşağıdakı hallarda ölüm riski arta bilər:
- Sağlam yuxudan qısa və ya uzun yuxuya keçid
- Daimi qısa yuxu almaq və kifayət qədər yatmamaq
- Qısa yuxudan uzun yuxuya keçid və ya əksinə
- Uzun yuxu müddətini qoruyub saxlamaq
Uzun müddət nizamsız yuxu rejimi maddələr mübadiləsini pozur, immuniteti zəiflədir və ümumi sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu səbəbdən mütəxəssislər sabit və balanslı yuxu rejiminə riayət etməyi tövsiyə edirlər.
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.