Sahil Babayev onu vəzifədən kənarlaşdırdı
15 Aprel 2025, 15:19
Qaynar xətt:
(+99450) 247 90 8631 Mart soyqırımından 107 il ötür
CƏMİYYƏT
279
31.03.2025, 09:00
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür.
Oxu24.com -un məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.
Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.
Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.
Həmçinin oxuyun
Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
17:41 / 15 Aprel 2025
Avropanın Ukrayna planı iflasa uğradı
1
17:07 / 15 Aprel 2025
Rusiyanın nə qədər gücü qalıb? — Pul tükənir...
98
16:58 / 15 Aprel 2025
Litva Seymi Rusiyaya qarşı milli sanksiyaların səmərəsiz olduğunu etiraf edib
18
16:55 / 15 Aprel 2025
Çin səfiri Rusiyadan Qazaxıstan üzərindən nəql olunan qazın dəyərini şərh edib
21
16:38 / 15 Aprel 2025
Sürücülük vəsiqələri ilə bağlı DƏYİŞİKLİK: 2 illik olacaq
319
16:27 / 15 Aprel 2025
Rusiya bu ölkədə səfirlik açdı
29
16:24 / 15 Aprel 2025
Peskov Putin və Tramp arasında danışıq planları ilə bağlı sualı cavablandırıb
29
16:02 / 15 Aprel 2025
Prezident bir sıra təyinatlar edib — SİYAHI
864
15:21 / 15 Aprel 2025
Doğuşdan vəfat edən qayınanası ilə bağlı paylaşım — FOTO
571
15:19 / 15 Aprel 2025
Sahil Babayev onu vəzifədən kənarlaşdırdı
58
15:18 / 15 Aprel 2025
Müəllimlərin direktor müavini olmaq uğrunda davası - Belə nəticələndi
54
14:57 / 15 Aprel 2025
DTX-də bu Nazirliyə cinayət işi başlanıb
568
14:15 / 15 Aprel 2025
Kərə yağının monopoliyası kimdədir? — Bahalaşmanın gizli qalan nöqtəsi...
503
14:12 / 15 Aprel 2025
Xınalığa 20 sm qar yağdı
57
14:02 / 15 Aprel 2025
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
58
13:59 / 15 Aprel 2025
İşləməyən şəxslərə pensiya veriləcək - AÇIQLAMA
73
13:53 / 15 Aprel 2025
Məhkəmə Azər Zahid barədə yeni qərar verdi
555
13:51 / 15 Aprel 2025
Avropa mediası rus iş adamlarına qarşı sanksiyaların ləğvini qeyd edib
58
13:45 / 15 Aprel 2025
"Bu manatın zəifləməsinə səbəb olur"-BANK ACIQLADI
57
13:37 / 15 Aprel 2025
Tələbə qız özünü 15-ci mərtəbədən atdı
81
13:22 / 15 Aprel 2025
Təbiətlə bağlı olan uşaqlar möhkəm olurlar.
63
12:59 / 15 Aprel 2025
Təranə Səmədova azadlığa çıxmasını istəyir
69
12:58 / 15 Aprel 2025
18 yaşında şəhid olmuşdu... — Bu gün onun doğum günüdür
434
12:57 / 15 Aprel 2025
Paşinyanın çıxışı zamanı deputatlar parlamenti tərk etdi
73
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.