Leysan olacaq - FHN-dən xəbərdarlıq
14 Aprel 2025, 12:26
Qaynar xətt:
(+99450) 247 90 8631 Mart soyqırımından 107 il ötür
CƏMİYYƏT
277
31.03.2025, 09:00
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür.
Oxu24.com -un məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.
Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.
Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.
Həmçinin oxuyun
Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
13:20 / 14 Aprel 2025
Bu halda sizə əlavə məzuniyyət verilməlidir — Qanun belə deyir
87
13:05 / 14 Aprel 2025
Ayısəsi kəndi haqqında maraqlı faktlar
100
12:55 / 14 Aprel 2025
Onlar sosial vergi ödəməyəcək
20
12:53 / 14 Aprel 2025
Sizi qanunsuz işdən çıxarsalar,nə etməlisiniz? — Hüquqi yardım
75
12:45 / 14 Aprel 2025
Pakistanda yaraqlıların əlində Amerika silahları tapılıb
24
12:26 / 14 Aprel 2025
Leysan olacaq - FHN-dən xəbərdarlıq
31
11:57 / 14 Aprel 2025
Trampa öz heykəlini hədiyyə etdi
27
11:32 / 14 Aprel 2025
Prezident sərəncam imzaladı
701
11:28 / 14 Aprel 2025
Ukrayna nə qədər itki verib? — Zelenski özü açıqladı
42
11:20 / 14 Aprel 2025
Ticarət eskalasiyası güclənir: Çin və ABŞ yeni məhdudiyyətlər qoyur
31
11:07 / 14 Aprel 2025
Zelenski: Biz ABŞ-dan Patriot almaq istəyirik, amma onu bizə satmayacaqlar
39
10:43 / 14 Aprel 2025
SON DƏQİQƏ! Bu ərazilər Azərbaycana təhvil verilir
270
10:24 / 14 Aprel 2025
Prezident qəbul keçirib
55
10:00 / 14 Aprel 2025
Bu günlərində evi yığışdırmaq bədbəxtlik gətirir
70
09:48 / 14 Aprel 2025
Əsgərlikdən gəlmişdi, faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
417
09:45 / 14 Aprel 2025
Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır
64
09:44 / 14 Aprel 2025
Hamamda öldü
59
09:33 / 14 Aprel 2025
78 yaşlı Əməkdar artistin formada qalma sirri
63
09:24 / 14 Aprel 2025
Kənan Məmmədov tutuldu
60
09:21 / 14 Aprel 2025
Bu rayonda qaz olmayacaq
74
09:15 / 14 Aprel 2025
İstanbulda bina çökdü
67
09:00 / 14 Aprel 2025
Dəhşətli hadisənin DETALLARI
64
08:46 / 14 Aprel 2025
Xoşqədəm Hidayətqızına ağır itki
334
08:42 / 14 Aprel 2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
151
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.