18 dekabrda bizi nə gözləyir?
18 Dekabr 2025, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
466
26.03.2025, 20:33
"Kənd məktəblərinə müəllim göndərmək cəza deyil, yeni bir fürsət kimi təqdim edilməlidir".
Oxu24.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sertifikasiyadan keçə bilməyən müəllimlərin rayonlara göndərilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Onun fikirincə, bu proses düzgün və məsuliyyətlə təşkil edilsə, nə kənd uşaqları itirər, nə də təhsil sistemi:
"Hazırda Azərbaycanın ucqar bölgələrində müəllim çatışmır və bu ciddi bir problemdir. Hər il Elm və Təhsil Nazirliyinin açıqladığı vakansiya siyahılarında yüzlərlə yer dolmur. Dağlıq və sərhəd rayonlarda, xüsusilə də Şəki, Qax, Lerik, Yardımlı, Quba, Qusar və oxşar bölgələrdə bəzi fənlər üzrə ümumiyyətlə müəllim tapılmır. Bu məktəblərdə informatika, fiziki tərbiyə, musiqi, təsviri incəsənət kimi fənlər ya tədris olunmur, ya da qeyri-ixtisas müəllimləri tərəfindən keçilir. Bəzi hallarda isə dərslər tamamilə boş qalır. Hətta əsas fənlər - Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya kimi istiqamətlər üzrə belə müəllim problemi yaşanır. Bu təhsil alan minlərlə şagirdin gələcəyinə birbaşa təsir edir".
Ekspert təklif edir ki, sertifikasiyadan keçməyən müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər:
"Sertifikasiya imtahanı müəllimin ixtisas biliyini ölçən bir vasitədir. Lakin bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin bütün aspektlərini əhatə etmir. Sertifikasiyada az bal toplayan müəllimlər içərisində bu gün siniflərində uğurla dərs deyən, sosial əhatədə nüfuz qazanan və məktəbin bütöv həyatına müsbət təsir edən şəxslər də var. Bu müəllimləri sistemdən birdəfəlik uzaqlaşdırmaq, təkcə onların şəxsi taleyinə deyil, bütövlükdə təhsil sisteminə zərər vurur. Bunun əvəzinə həmin müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər. Bu, cəza deyil, inkişaf üçün bir fürsət kimi təqdim olunmalıdır".
Həmçinin oxuyun
Ekspert vurğulayıb ki, bununla iki əsas məqsədə çatmaq olar:
"Həm regionlarda müəllim çatışmazlığının qarşısı alınar, həm də aşağı nəticə göstərən müəllimlər üçün öz üzərində işləmək imkanı yaradılar".
Kamran Əsədovun sözlərinə görə, kənd uşaqları bu gün heç bir müəllimlə qarşılaşmadan böyümək təhlükəsi ilə üz-üzədir:
"Boş sinifdə dərs keçilməməsi, ixtisası olmayan şəxslərin bu fənlərə cəlb olunması daha ciddi problemdir. Əgər bir müəllim riyaziyyatdan 38 bal toplayıbsa, bu o demək deyil ki, onun riyaziyyatdan ümumiyyətlə məlumatı yoxdur. Onun pedaqoji təcrübəsi və baza bilikləri ilə ən azı boş dərsi doldura biləcək potensialı var. Sertifikasiya imtahanında zəif nəticə göstərmiş müəllimi təkmilləşdirərək sistemdə saxlamaq və onu vakant yerə yönləndirmək bu hüquqi çərçivəyə tam uyğundur. Dövlət müəllimi sistemdən uzaqlaşdırmaq əvəzinə ona şans verməklə sosial sabitliyi də qoruyar".
01:50 / 18 Dekabr 2025
104
01:48 / 18 Dekabr 2025
51
00:00 / 18 Dekabr 2025
660
23:35 / 17 Dekabr 2025
71
23:29 / 17 Dekabr 2025
83
23:21 / 17 Dekabr 2025
226
23:00 / 17 Dekabr 2025
480
22:50 / 17 Dekabr 2025
299
22:36 / 17 Dekabr 2025
203
22:27 / 17 Dekabr 2025
260
21:45 / 17 Dekabr 2025
661
21:36 / 17 Dekabr 2025
178
21:30 / 17 Dekabr 2025
101
21:20 / 17 Dekabr 2025
1002
21:17 / 17 Dekabr 2025
393
20:59 / 17 Dekabr 2025
98
20:53 / 17 Dekabr 2025
98
20:49 / 17 Dekabr 2025
622
19:58 / 17 Dekabr 2025
110
19:56 / 17 Dekabr 2025
135
18:57 / 17 Dekabr 2025
636
18:52 / 17 Dekabr 2025
1379
18:39 / 17 Dekabr 2025
2701
18:36 / 17 Dekabr 2025
98
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.