Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video
23 Avqust 2026, 16:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
490
19.03.2025, 15:43
HPA1 H5N1 quş qripi virusu çiy süddən pendir hazırlanması prosesini "sağ" keçirə bilər.
Oxu24.com xəbər verir ki, tədqiqatın nəticələri "bioRxiv" platformasında dərc olunub.
Alimlər izah ediblər ki, ABŞ-nin bəzi ştatlarında çiy südün satışı qadağandır, lakin 1949-cu ildən bəri çiy süddən hazırlanmış pendirin ən azı 60 gün saxlanma şərti ilə satılmasına icazə verilir. Bu müddət ərzində pendirdə təbii turşular və fermentlər əmələ gəlir ki, onların patogen mikroorqanizmləri məhv etdiyi düşünülür.
Mütəxəssislər yoxlamaq üçün fərqli turşuluq səviyyələrində (pH 6.6-dan 5.0-a qədər) mini-pendirlər hazırlayıb və onlara H5N1 virusunu əlavə ediblər. Daha sonra bu pendirlər döllənmiş toyuq yumurtalarına yeridilib və virusun nə qədər müddət yoluxucu qaldığı izlənilib. İlk yeddi gün ərzində virusun səviyyəsi yüksək qalıb, daha sonra iki azturşulu pendirdə azalma müşahidə edilib. Lakin ən turşulu mühitə malik pendirdə (pH 5.0) virus iki ay ərzində tamamilə yox olub.
"Tədqiqatımız göstərir ki, HPA1 H5N1 virusu pendir istehsalı prosesində gözlənilməz dərəcədə davamlıdır", - deyə alimlər bildiriblər.
Mütəxəssislər pendirin turşuluq səviyyəsinin artırılmasının onun daha təhlükəsiz hala gətirə biləcəyini qeyd ediblər.
Tədqiqatı şərh edən ABŞ səhiyyə naziri Robert Kennedi isə bildirib ki, qida məhsulları quş qripinin ötürülməsi baxımından təhlükəli deyil.
"Xəstəlik qida vasitəsilə ötürülmür, buna görə də yumurta, süd və ya ət yeyərək yoluxmaq mümkün deyil", - deyə nazir vurğulayıb.
18:44 / 23 Avqust 2026
27
17:40 / 23 Avqust 2026
28
17:31 / 23 Avqust 2026
67
17:09 / 23 Avqust 2026
65
16:36 / 23 Avqust 2026
77
16:15 / 23 Avqust 2026
105
15:59 / 23 Avqust 2026
84
15:19 / 23 Avqust 2026
104
15:04 / 23 Avqust 2026
93
14:39 / 23 Avqust 2026
71
14:20 / 23 Avqust 2026
74
14:18 / 23 Avqust 2026
70
14:09 / 23 Avqust 2026
69
14:01 / 23 Avqust 2026
103
13:56 / 23 Avqust 2026
87
13:48 / 23 Avqust 2026
77
13:43 / 23 Avqust 2026
80
13:42 / 23 Avqust 2026
135
13:35 / 23 Avqust 2026
81
13:33 / 23 Avqust 2026
102
13:06 / 23 Avqust 2026
543
12:55 / 23 Avqust 2026
334
12:49 / 23 Avqust 2026
1173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.