Qaynar xətt:

(+99450) 247 90 86

Ölkəyə narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirildi 

Ölkəyə narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirildi 

CƏMİYYƏT

576

06.03.2025, 16:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib. 

Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçikhəcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.