Qaynar xətt:

(+99450) 247 90 86

Xoşqədəm Hidayətqızı ilə bağlı ŞOK İDDİA   —   Sağlam adamı xəstə kimi efirə çıxarıb?

Xoşqədəm Hidayətqızı ilə bağlı ŞOK İDDİA   —   Sağlam adamı xəstə kimi efirə çıxarıb?

CƏMİYYƏT

3289

06.03.2025, 20:54

"ARB" kanalında yayımlanan “Səni Axtarıram” proqramının efirində hüquqlarının pozulduğunu iddia edən  qadın mətbuat vasitəsi ilə  şikayətini ünvanlayıb.

Bu barədə Oxu24.com  saytına  müraciət edən  Pərvanə  Məhərrəmova  özü  məlumat verib.

Qadının  sözlərinə  görə  Xoşqədəm  Hidayətqızının  müəllif  və aparıcısı olduğu “Səni Axtarıram”proqramında onun xərçəng  xəstəsi  olması barədə efirdə həqiqətə uyğun olmayan məlumat  səsləndirilib.  Bu saxta  məlumatdan  sonra  ailə dərin  sarsıntı keçirib .Daha  sonra  isə  əsl  həqiqət üzə çıxanda,ailə sözün əsl mənasında şok keçirib.Qadının sözlərinə görə,təkrar müayinələrdən sonra onun xərçəng xəstəsi olmamamsı üzə çıxıb.

“Mən ailə məsələlərimlə bağlı Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu “Səni Axtarıram” verilişinə müraciət etdim. Verilişdə  problemlər müzakirə olunan  zaman  16 noyabr 2024-cü il tarixdə “Səni Axtarıram” proqramının yayımlanmış növbəti bölümü zamanı Xoşqədəm Baxşəliyeva mənim 4-cü dərəcə qarın boşluğuna yayılmış xərçəng xəstəsi olduğumu canlı yayımda bildirdi.  Bu xəbərdən sonra studiyada  olan valideynlərim,ekran başında efiri izləyən övladlarım şok keçirdilər.  Mən özüm  də bu xəbərdən çox sarsıldım. O anda nə edəcəyimizi bilmirdik. Qoyulan diaqnoz əsasında  iki ay ərzində  məni 5 dəfə “kimyaterapiya” etdilər. Terapiya aldığım müddətdə halsız olmağıma rəğmən efirə çıxmağa məcbur edilirdim.Sən demə Xoşqədəm Hidayətqızı yaratdığı saxta xəstəlik şousu ətrafında reytinq qazanırmış”,- deyə şikayətçi  bildirib.

Pərvanə Məhərrəmovanın sözlərinə görə,ona xərçəng diaqnozu qoyulandan sonra Gürcüstana qayıdıb. Orada müayinələrdən keçən zaman məlum olub ki,onda heç bir xərçəng xəstəliyi yoxdur.

Məlumat üçün qeyd edək ki, xəstənin ilkin müayinəsi “MedEra” Hospitalının  həkimləri  tərəfindən edilib.  Daha sonra həmin müayinələr və analizlər əsasında çıxarılan tibbi nəticələr  əsasında  Milli Onkologiya  Mərkəzinin  həkimi  Anar Məmmədov xəstəni qəbul edib. Ona ağır xərçəng xəstəsi  olması  diaqnozunu qoyub və “kimyaterapiya” proseslərinə başlayıb.

Oxu24.com  Gürcüstanda  Pərvanə  Məhərrəmovanı  müayinə  edən  klinika  ilə  əlaqə  saxlayıb.

Gürcüstanda yerləşən “Axali Sicocxle” klinikasının meneceri Diana  Nağıyeva saytımıza açıqlamasında bildirib ki,sözügedən şəxs onların xəstəxanasında müayinələrdən keçib. Ona  Azərbaycanda  qoyulan  xərçəng diaqnozunun doğru olmadığı üzə çıxıb. 

“Bizim klinikanın onkoloqu İrina Əliyeva Pərvanə xanımı müayinə etdi. Məlum oldu ki,ona qoyulan xərçəng diaqnozu səhvdir.Xəstənin mədəsində “polip” aşkarlandı. Buna uyğun müalicələr təyin edildi”,-deyə  xəstəxananın  meneceri  saytımıza  bildirib.

Mövzu ilə bağlı Pərvanə Məhərrəmovanın hüquqi nümayəndəsi,hüquqşünas Samir Zeynalov bildirib ki, müdafiə etdiyi şəxsin hüquqları efir vasitəsi ilə ciddi şəkildə pozulub.

“Əməkdar jurnalist olmasına baxmayaraq, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının”nın 3.11-ci bəndini və “Media haqqında Azərbaycan Respublikası Qanunu”nun 14-cü maddəsinin tələblərini  pozmaqdan çəkinməyən “Səni Axtarıram” proqramının aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızı bu dəfəki tükürpədən rüsvayçılığı Gürcüstandan olan Pərvanə və İzafət cütlüyü barəsində gerçəkləşdirib. Təsadüfi deyil ki, yol vermiş olduğu pozuntulara görə iki ay əvvəl iki vətəndaşın müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Xoşqədəm Baxşəliyevaya və “ARB”Tv-na bəzi efir müzakirələrini qadağan edən qərarlar qəbul edib. Həmin qərarlardan nəticə çıxarmayan, habelə “Milli Audioviziual Şura”nın fəaliyyətsizliyindən bəhrələnən məlum şəxs qeyd etdiyim kimi Pərvanə və İzafət cütlüyünü rüsvayçılığa, o cümlədən aradan qalxması mümkün olmayan mənəvi zərərə məruz qoyub”,-deyə hüquqşünas bildirib. 

Hüquqşünas Samir Zeynalovun məlumatına görə,aparıcı Xoşqədəm Baxşəliyevanın müəllifi və aparıcısı olduğu “Səni Axtarıram” proqramında ailənin hüquqları pozulduğu üçün məhkəməyə müraciət ediləcək.

“Pərvanə və İzafət cütlüyü yaşadıqları tükürpədən olaylar haqqında sosial şəbəkələrdə danışırlar. Bunu görən Xoşqədəm Baxşəliyeva bir neçə gün öncə Pərvanəyə qarşı “şəxsi həyatın toxunulmazlığı” hüququnu pozan məlumatları efirdən yayıb, onları bir daha alçatmaqla “Media haqqında qanunvericiliyin” tələblərini kobud sürətdə pozub.

Bununla belə fərz edək ki, həqiqətən Pərvanə xərçəng xəstəsi idi.Belə olan təqdirdə belə Pərvanə ilə bağlı “həkim sirri” təşkil edən məlumatların efirdən yayılması qadağan idi. Buna həm həkim, həm də elə özünə hüquqşünas deyən Xoşqədəm Baxşəliyeva məsuliyyət daşıyır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 53-cü maddəsi “həkim sirrindən” bəhs edir. Əlavə olaraq qeyd edim ki, zərərə məruz qalmış şəxslərlə bağlı dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət ediləcək”,-deyə hüquqşünas bildirib.

Sayt yazıda adı hallanan Milli Onkologiya Mərkəzinin  həkimi Anar Məmmədovla əlaqə saxlayıb.

Həkim səsləndirilən iddiaların əsassız olduğunu və ona qoyulan xərçəng diaqnozunun doğru rəy olduğunu bildirib.

“Həmin xəstə verilişlərin biri vasitəsi ilə bizə gətirildi.Pərvanə Məhərrəmova Gürcüstan vətəndaşı olmasına baxmayaraq,biz burada ona humanist yanaşaraq bütün müayinə və tibbi prosesləri ödənişsiz həyata keçirdik.Gələn zaman xəstədə kəskin ağrılar var idi.Hemoqlabin normadan olduqca aşağı idi.Biz klinikaların birində həyata keçirilmiş müayinənin disklərini izlədik.Qadının  mədəsində  xərçəng  olduğunu  təsdiqlədik. Vəziyyətə uyğun olaraq ona 5 kurs “kimyaterapiya” təyin etdik. Həmin prosesdən sonra qadının vəziyyəti xeyli yaxşılaşdı.Müalicələr bitmədən Gürcüstana getdi.Daha sonra bizim ünvanımıza bu ittihamları səsləndirdi. Mən özüm də nə baş verdiyini anlaya bilmirəm.Gürcüstanda xəstəni müayinə edən həmin həkimlər Pərvanə Məhərrəmovanın əvvəlki müayinə disklərinə baxmadılarmı? Orada xəstənin hansı vəziyyətdə olduğunu və “kimyaterapiyalardan” sonra şişin ölçüsünün kiçildiyini görmədilərmi? Biz bütün bu faktları xəstənin özünə təqdim etmişik.Getsinlər,açıb baxsınlar. Sonra həkimi ittiham etsinlər”,-deyə həkim Anar Məmmədov bildirib.

Oxu24.com  iddialarla bağlı aparıcı Xoşqədəm Hidayətqızının da mövqeyini təqdim etməyə çalışsa da,heç bir münasibət öyrənə bilməyib. Səsləndirilən idialarla bağlı aparıcının da mövqeyini təqdim etməyə hazırıq.

Məsələ ilə bağlı xəstənin ilkin müayinə olunduğu “MedEra” Hospitalının həkimi Ramin Bağırovla əlaqə saxladıq.Həkimin sözlərinə görə,onlar tərəfindən Pərvanə Məhərrəmovaya “xərçəng diaqnozu” qoyulmayıb.

“Vətəndaş bizə müayinə üçün müraciət edib. Biz onu qastroskopiya etmişik.Müayinələr nəticəsində ona mədə cisminin deformasiyalı infiltrativ xorası,kardia çatmamazlığı (II b dərəcə) və Cr?  diqnozu qoyulub. Biz  xəstəyə xərçəng diaqnozunu qoymamışıq. Həmin diqnozu Milli Onkologiya Mərkəzi qoyur”,-deyə  həkim bildirib.

Hazırladı: Miri Məcidli

Naxçıvandakı Əshabi-Kəhf mağarasından heyrətamiz HƏQİQƏTLƏR  

16:10 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Naxçıvandakı Əshabi-Kəhf mağarasından heyrətamiz HƏQİQƏTLƏR  

77

0
Xolesterini normal olan şəxslər də infarkt keçirə bilər? - Mütəxəssis xəbərdarlığı  

15:53 / 24 Avqust 2026

TİBB TİBB

Xolesterini normal olan şəxslər də infarkt keçirə bilər? - Mütəxəssis xəbərdarlığı  

85

0
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı 

15:51 / 24 Avqust 2026

KRİMİNAL KRİMİNAL

34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı 

103

0
Nüvə müharibəsi təhlükəsi və Bakının altında gizlədilən dəhşətli gerçəklik: Yerin 30 metr dərinliyindəki Sovet sirləri  

15:35 / 24 Avqust 2026

DÜNYA DÜNYA

Nüvə müharibəsi təhlükəsi və Bakının altında gizlədilən dəhşətli gerçəklik: Yerin 30 metr dərinliyindəki Sovet sirləri  

87

0
Ağciyərə su yığılması hansı təhlükəli xəstəliklərin əlamətidir? – Həkimdən XƏBƏRDARLIQ  

15:15 / 24 Avqust 2026

TİBB TİBB

Ağciyərə su yığılması hansı təhlükəli xəstəliklərin əlamətidir? – Həkimdən XƏBƏRDARLIQ  

80

0
Azərbaycanın bu kəndində 150 min adam yaşayır 

15:14 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın bu kəndində 150 min adam yaşayır 

119

0
Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ 

15:13 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ 

602

0
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub 

15:03 / 24 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub 

88

0
Gənc qanı ilə cavanlaşmaq mümkündür? – Həkimdən AÇIQLAMA  

14:55 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Gənc qanı ilə cavanlaşmaq mümkündür? – Həkimdən AÇIQLAMA  

82

0
Ekspres avtobuslarda yenilik

14:49 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ekspres avtobuslarda yenilik

89

0
Köhnə avtomobillər yollarda ölüm saçır: Müasir təhlükəsizlik sistemlərinin yoxluğu və texniki baxış sual altında  

14:37 / 24 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Köhnə avtomobillər yollarda ölüm saçır: Müasir təhlükəsizlik sistemlərinin yoxluğu və texniki baxış sual altında  

80

0
Azərbaycan Liderinin Özbəkistan səfəri bizə nələri vəd edir? — Mühüm detallar AÇIQLANIR

14:30 / 24 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Liderinin Özbəkistan səfəri bizə nələri vəd edir? — Mühüm detallar AÇIQLANIR

301

0