Paytaxtda və bir sıra rayonlarda işıq olmayacaq
25 Avqust 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
572
02.03.2025, 13:45
Dövlət İmtahan Mərkəzi (DİM) 2 mart 2025-ci il tarixində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.
Bu barədə Oxu24.com -a DİM-dən bildirilib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 135 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 68 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.
İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var.
***
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.
İmtahana qeydiyyat 2025-ci il yanvarın 14-dən fevralın 17-dək aparılıb və bu müddət ərzində 136 namizəd müraciət edib.
İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 2 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 1 saatdır.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biliblər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana gələrkən kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan 9 istiqamət üzrə keçiriləcək. Namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunacaq. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
00:04 / 25 Avqust 2026
74
00:01 / 25 Avqust 2026
46
23:54 / 24 Avqust 2026
64
22:49 / 24 Avqust 2026
72
22:49 / 24 Avqust 2026
75
22:25 / 24 Avqust 2026
181
22:06 / 24 Avqust 2026
71
21:40 / 24 Avqust 2026
70
21:17 / 24 Avqust 2026
95
20:58 / 24 Avqust 2026
103
20:58 / 24 Avqust 2026
102
20:28 / 24 Avqust 2026
75
20:00 / 24 Avqust 2026
79
19:45 / 24 Avqust 2026
94
19:38 / 24 Avqust 2026
95
19:29 / 24 Avqust 2026
87
19:18 / 24 Avqust 2026
180
19:13 / 24 Avqust 2026
83
19:08 / 24 Avqust 2026
938
19:00 / 24 Avqust 2026
73
18:59 / 24 Avqust 2026
401
18:57 / 24 Avqust 2026
91
18:51 / 24 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.