Paytaxtda və bir sıra rayonlarda işıq olmayacaq
25 Avqust 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1417
01.03.2025, 23:13
Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb. Bəs saatlıq minimum əmək haqqının tətbiq edilməsi işçilər üçün nə vəd edir? Bu tətbiqetmə onların maaşının artmasına töhfə verə bilərmi? Dünyada belə praktika necə işləyir?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və əhalinin sosial müdafiəsi komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq minimum maaşın tətbiq edilməsi vətəndaşın bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir.
Deputat vurğulayıb ki, saatlıq minimum əmək haqqı tətbiq edən ölkələrin praktikası bunun işləyən vətəndaşların maaş artımına təsir göstərdiyini ortaya qoyur:
"Saatlıq əmək haqqı xüsusilə də əmək müqaviləsi ilə çalışan vətəndaşların maaşına təsir edir. Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına gətirib çıxarır. Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil".
00:04 / 25 Avqust 2026
101
00:01 / 25 Avqust 2026
64
23:54 / 24 Avqust 2026
72
22:49 / 24 Avqust 2026
96
22:49 / 24 Avqust 2026
97
22:25 / 24 Avqust 2026
203
22:06 / 24 Avqust 2026
79
21:40 / 24 Avqust 2026
78
21:17 / 24 Avqust 2026
117
20:58 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
110
20:28 / 24 Avqust 2026
82
20:00 / 24 Avqust 2026
84
19:45 / 24 Avqust 2026
96
19:38 / 24 Avqust 2026
98
19:29 / 24 Avqust 2026
91
19:18 / 24 Avqust 2026
200
19:13 / 24 Avqust 2026
86
19:08 / 24 Avqust 2026
979
19:00 / 24 Avqust 2026
75
18:59 / 24 Avqust 2026
416
18:57 / 24 Avqust 2026
96
18:51 / 24 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.