Paytaxtda və bir sıra rayonlarda işıq olmayacaq
25 Avqust 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
550
01.03.2025, 22:45
"Bu barədə dəqiq hökm vermək yalnız Allaha məxsusdur. Orucun qəbul olunması üçün təkcə zahiri olaraq ac-susuz qalmaq kifayət etmir, bəzi şəxslərin orucu din baxımından caiz sayılmır. Bu məsələyə dair əsas məqamlar bunlardır:
İmanda şübhəsi olanlar və ya ateistlər: İslam inancına görə, ibadətlərin qəbul olunması üçün iman əsas şərtdir. Allahı və dini inkar edən şəxslərin ibadətləri, o cümlədən orucu qəbul olunmur.
Niyyət etməyənlər: Oruc təkcə aclıq deyil, Allah üçün edilən bir ibadətdir. Əgər bir insan sırf sağlamlıq, vərdiş və ya başqa dünyəvi səbəblərlə oruc tutursa və niyyət etmirsə, bu ibadət sayılmaz".
Oxu24.com xəbər verir ki,bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, İslamda Allaha şərik qoşmaq (şirk) ən böyük günahdır:
"Əgər bir şəxs Allaha ibadət edərkən Onunla yanaşı başqa varlıqlara da tapınırsa, etdiyi ibadətlər, o cümlədən oruc, qəbul olunmur.
Orucu bilərəkdən pozub davam etdirənlər: Əgər bir şəxs bilərəkdən yeyib-içərək və ya cinsi əlaqəyə girərək orucu pozur, sonra heç bir kəffarə ödəmədən və tövbə etmədən oruca davam edirsə, bu halda onun orucu qəbul olunmaz.
Münafiqlər: İslamda münafiqlər, yəni zahirən müsəlman görünüb daxilən inkar edənlər, ən təhlükəli qruplardan sayılır. Onların etdiyi ibadətlər səmimi niyyət olmadığı üçün qəbul olunmaz.
İslamı inkar edərək başqa dinin qaydalarına uyğun oruc tutanlar: Məsələn, bir şəxs İslamın orucunu deyil, sırf başqa bir dinin rituallarına əsasən oruc tutursa, bu, İslamda ibadət sayılmır".
Onun sözlərinə görə orucun qəbul olunması üçün iman, niyyət və ixlas əsas şərtlərdir:
"Kim orucu bu şərtlərə riayət edərək tutursa, onun orucu Allah qatında qəbul olunar. Bu dediklərimiz islam mənbələrə əsaslanır. O ki, qaldı kimsə səmimi inanaraq, savabını və mükafatını Allahdan istəyərək, ümid edərək ki, Allah onun orucunu qəbul edəcək, səmimi yaxşı niyyətlə orucunu tutarsa ola bilər ki, Allah onun orucunu qəbul edər. Həm də qüdsi hədislərdə gəlib ki, Allah deyir ki, qulun bütün əməlləri özünə aiddir, ancaq oruc mənə aiddir və mükafatını mən verəcəm. Bir sözlə bu məsələdə Allahla səmimi olmaq əsas şərtdir".
00:04 / 25 Avqust 2026
101
00:01 / 25 Avqust 2026
64
23:54 / 24 Avqust 2026
72
22:49 / 24 Avqust 2026
96
22:49 / 24 Avqust 2026
97
22:25 / 24 Avqust 2026
203
22:06 / 24 Avqust 2026
79
21:40 / 24 Avqust 2026
78
21:17 / 24 Avqust 2026
117
20:58 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
110
20:28 / 24 Avqust 2026
82
20:00 / 24 Avqust 2026
84
19:45 / 24 Avqust 2026
96
19:38 / 24 Avqust 2026
98
19:29 / 24 Avqust 2026
91
19:18 / 24 Avqust 2026
200
19:13 / 24 Avqust 2026
86
19:08 / 24 Avqust 2026
979
19:00 / 24 Avqust 2026
75
18:59 / 24 Avqust 2026
416
18:57 / 24 Avqust 2026
96
18:51 / 24 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.