Paytaxtda və bir sıra rayonlarda işıq olmayacaq
25 Avqust 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3308
01.03.2025, 10:38
Azərbaycanda Ramazan ayı başlayıb.
Oxu24.com-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə martın 1-nə təsadüf etdiyi qeyd olunub.
Fətvada bildirilib ki, builki Ramazan Novruz günlərinə təsadüf edəcək:
“Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir”.
QMİ vurğulayıb ki, çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır.
Ramazan ayının ilk gününün imsak vaxtı səhər saat 05.49-da, iftar vaxtı isə saat 18.47-də olacaq.
Bundan başqa, Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimə əsasən, ilk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq.
Martın 30-u Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

00:04 / 25 Avqust 2026
106
00:01 / 25 Avqust 2026
64
23:54 / 24 Avqust 2026
75
22:49 / 24 Avqust 2026
101
22:49 / 24 Avqust 2026
102
22:25 / 24 Avqust 2026
206
22:06 / 24 Avqust 2026
79
21:40 / 24 Avqust 2026
78
21:17 / 24 Avqust 2026
120
20:58 / 24 Avqust 2026
127
20:58 / 24 Avqust 2026
110
20:28 / 24 Avqust 2026
82
20:00 / 24 Avqust 2026
84
19:45 / 24 Avqust 2026
97
19:38 / 24 Avqust 2026
99
19:29 / 24 Avqust 2026
91
19:18 / 24 Avqust 2026
204
19:13 / 24 Avqust 2026
86
19:08 / 24 Avqust 2026
988
19:00 / 24 Avqust 2026
78
18:59 / 24 Avqust 2026
421
18:57 / 24 Avqust 2026
96
18:51 / 24 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.