Leysanla bağlı xəbərdarlıq
23 Aprel 2025, 12:17
Qaynar xətt:
(+99450) 247 90 861 gündə 3 zəlzələ: Azərbaycanda seysmik aktivlik dövrü YAŞANIR - TƏHLÜKƏ VAR?
CƏMİYYƏT
406
28.02.2025, 11:51
Fevralın 27-28-də Azərbaycanda bir neçə zəif maqnitudalı zəlzələ qeydə alınıb.
Belə ki, ötən gün İsmayıllı rayonunda 3,3 maqnitudalı yeraltı təkan baş verib, ocağı 46 km dərinlikdə yerləşib. Həmin gün Xəzər dənizində də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Fevralın 28-də isə yenə İsmayıllı rayonunda zəlzələ baş verib - yerli vaxtla saat 07:49-da qeydə alınan təkanların maqnitudası 3 olub, ocağı isə 3 km dərinlikdə yerləşib.
Zəlzələlər hiss olunmayıb və hər hansı fəsad törətməyib.
Oxu24.com xəbər verir ki, modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, təşvişə səbəb yoxdur:
Həmçinin oxuyun
"Bu bir dövrlükdür, mən hər zaman qeyd edirəm ki, tektonik-seysmik aktivlik müəyyən dövrlük müşahidə olunur. Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir. Burada bir neçə qovşaqlar mövcuddur. Beləliklə Xəzər dənizi ərazisi seysmik ocaqlarla zəngindir. Bütün ərazi boyu, şimal, orta və cənub hissəsi seysmik ocaqlar mövcuddur. Təbii ki, mütəmadi olaraq zəlzələlər baş verəcək. Hər zaman deyirəm ki, hiss olunan zəlzələlər il boyu qaçılmazdır".
Onun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada tektonik və seysmik aktivlik dövrü yaşanır:
"Gördüyünüz kimi Egey dənizində bir qədər müddət əvvəl ardıcıl olaraq güclü zəlzələlər baş verdi. Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələr silkələndi. Azərbaycanda yer hərəkətləri o dərəcədə intensiv sürətlə baş vermir. Hərəkət var, amma intensiv sürətdə deyil. Qonşu ölkələrlə müqayisədə bizdə intensiv sürət yoxdur. Ona görə də dağıdıcı zəlzələlər gözlənilmir. Amma hiss olunan zəlzələlər qaçılmazdır. Bu zəlzələlər 4, 4.5 maqnitudalı da ola bilər. Qonşu ərazilərdə seysmik ocaqlar aktivləşən zaman Azərbaycan ərazisinin sabit qalması mümkün deyil. Bu fiziki qanunlara da ziddir, qonşu ərazilərdə silkələnmə varsa, ola bilməz ki, Azərbaycan sabit qalsın. Nəzərə alsaq ki, Azərbaycan ərazisi seysmik ərazi sayılır, dövrülik daxilində hiss olunan zəlzələlər baş verə bilər, amma təşvişə səbəb yoxdur".
12:17 / 23 Aprel 2025
Leysanla bağlı xəbərdarlıq
1
11:59 / 23 Aprel 2025
33 tələbə bir yana, UNEC bir yana — Diplomlar niyə verilmir?
75
11:50 / 23 Aprel 2025
Bakıda ödənişsiz parklanma yerlərinin sayı artırılıb
21
11:32 / 23 Aprel 2025
SON DƏQİQƏ! Zaur Kərimov istefa verdi
315
11:31 / 23 Aprel 2025
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək
26
11:13 / 23 Aprel 2025
Azərbaycanla Çin arasında hərtərəfli strateji əməkdaşlıqla bağlı Birgə Bəyanat imzalanıb
77
11:08 / 23 Aprel 2025
"Rus Evi"nin əməkdaşı həbs edilib
34
10:50 / 23 Aprel 2025
Zeynəbi öldürüb quyuya atdılar — Azərbaycanda dəhşətli cinayət
338
10:31 / 23 Aprel 2025
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı rusofobiyada ittiham edib
33
10:31 / 23 Aprel 2025
Azərbaycanda işsizlik azalacaq
36
10:26 / 23 Aprel 2025
İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
38
10:13 / 23 Aprel 2025
Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var
39
10:11 / 23 Aprel 2025
Qubada kişi avtomobili aşırıb, oğlu ölüb
43
09:45 / 23 Aprel 2025
Putinin Trampa hədiyyəsi bu imiş - Foto
49
09:28 / 23 Aprel 2025
Rusiyada general saxlanıldı
46
09:16 / 23 Aprel 2025
Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
42
09:00 / 23 Aprel 2025
"Qiyamət günü" yaxınlaşır - 2 ölkə xəritədən silinəcək
57
23:37 / 22 Aprel 2025
6 ballıq zəlzələ oldu
101
22:45 / 22 Aprel 2025
ABŞ Aİ-yə Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək - KİV
123
22:20 / 22 Aprel 2025
Bakı Metrosu sərnişinlərə xəbərdarlıq etdi
146
22:06 / 22 Aprel 2025
Bakının bu rayonunda 110 bina söküləcək
555
21:54 / 22 Aprel 2025
“Bloomberg”: Makron parlamenti buraxmağı düşünür
119
21:37 / 22 Aprel 2025
Zelenski: Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir
130
21:17 / 22 Aprel 2025
Suriyada Bəşər Əsəd dövründə kəşfiyyatçı işləmiş zabit saxlanılıb
130
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.