Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ
15 Dekabr 2025, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1065
25.02.2025, 15:27
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli mehmanxananın fəaliyyətini dayandırıb.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, DYNX tərəfindən Ağsu şəhəri, Tariyel Xasıyev küçəsi, 12 ünvanında yerləşən “Ağsu” mehmanxanasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Obyektin yanğınxəbərverici siqnalizasiya, tüstüdən mühafizə qurğuları və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi, təxliyə yollarının yanar materialdan olan üzlüklərlə bəzədilməsinə yol verildiyi, obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmadığı və s. nöqsanlar aşkarlanıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Ağsu” mehmanxanasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
22:48 / 15 Dekabr 2025
1
22:31 / 15 Dekabr 2025
21
22:27 / 15 Dekabr 2025
20
22:09 / 15 Dekabr 2025
127
21:59 / 15 Dekabr 2025
36
21:45 / 15 Dekabr 2025
51
21:10 / 15 Dekabr 2025
1328
20:54 / 15 Dekabr 2025
84
20:38 / 15 Dekabr 2025
1034
20:16 / 15 Dekabr 2025
60
19:46 / 15 Dekabr 2025
149
19:15 / 15 Dekabr 2025
584
18:43 / 15 Dekabr 2025
572
18:36 / 15 Dekabr 2025
72
17:51 / 15 Dekabr 2025
94
17:37 / 15 Dekabr 2025
847
17:14 / 15 Dekabr 2025
104
17:08 / 15 Dekabr 2025
99
16:59 / 15 Dekabr 2025
216
16:49 / 15 Dekabr 2025
871
16:40 / 15 Dekabr 2025
204
16:26 / 15 Dekabr 2025
158
16:16 / 15 Dekabr 2025
167
15:55 / 15 Dekabr 2025
260
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.