Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
717
20.02.2025, 20:48
Ölkəmizdə bir müddətdir ki, ənənəvi yola alternativ olaraq, ödənişli yollar da sürücülərin istifadəsinə verilib. Bu cür yolların əsas məqsədi nəqliyyat axınını sürətləndirmək, alternativ marşrutlar yaratmaqdır. Sürücülər bu yollardan müəyyən ödəniş qarşılığında istifadə edirlər, ödənişlər isə elektron sistemlər və ya giriş-çıxış məntəqələri vasitəsilə həyata keçirilə bilər.
Bəs gələcəkdə hansı istiqamətlərdə ödənişli yolların tətbiqi gözlənilə bilər?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, hazırda ödənişli yollardan kifayət qədər istifadə olunur:
Həmçinin oxuyun
"İndiki halda Azərbaycanda bu yoldan kifayət qədər istifadə edən var. Qiymətlər də o qədər də baha deyil. Gələcəkdə əgər zərurət yaranarsa, bu məsələyə bir daha baxmaq olar. Qanunvericiliyə görə, ödənişli yol digər yolla paralel inkişaf etməlidir. Yəni ödənişsiz yol da eyni infrastruktura, eyni imkana malik olmalıdır ki, vətəndaşlar oradan rahat və təhlükəsiz şəkildə istifadə etsinlər. Bu imkanlar mütləq yaradılmalıdır. Məsələ artıq çoxdan müzakirə olunub. Qiymət məsələsinə də baxılıb. Normal bir mexanizm, qiymətlər müəyyənləşdirilib və bundan artığı artıq gələcəkdə zəruri bir məsələ ortaya çıxarsa, gündəmə gətirmək olar. İndiki halda istifadə ilə bağlı hər hansı bir problem görmürəm. Yalnız müəyyən qaydalar tətbiq edilməlidir. Çünki Azərbaycanda bu, ilkdir və müəyyən çətinliklər, problemlər də olur. Adətən ilk addımlarda indiki halda artıq rahat istifadə olunur".
Ekspertin fikrincə, bu addım həm sürətli və təhlükəsiz hərəkəti təmin edəcək, həm də beynəlxalq yükdaşıma və sərnişindaşıma sahəsində mühüm rol oynayacaq.
"Bir çox istiqamətlərdə də belə yolların olması nəzərdə tutulur. İşğaldan azad olunan ərazilərə doğru da belə yolların çəkilməsi planlaşdırılır. Hazırda şimal istiqamətində bu var, cənub istiqamətində də artıq özünü doğruldacaq və müəyyən istiqamətlərdə olmalıdır. Bu, beynəlxalq yükdaşımalar, sərnişindaşımalarda beynəlxalq yol hərəkətində qəbul edilmiş bir variantdır, üsuldur və insanlar da bundan çox səmərəli şəkildə istifadə edirlər. Kimsə sürətli getmək, daha tez çatmaq, daha komfortlu yol istəyirsə, pulunu ödəyir və həmin yoldan istifadə edir. Burada hər hansı bir problem yoxdur. Ancaq yoldan istifadə qaydalarının pozulması, ödənişlə bağlı müəyyən yeniliklər artıq yavaş-yavaş tətbiq edilir. Daha rahat və asan formada ödənişlərin həyata keçirilməsi və digər mövzular barədə zaman-zaman məlumatlar verilir", - deyə E.Muradlı qeyd etdi.
01:21 / 14 Dekabr 2025
574
00:52 / 14 Dekabr 2025
468
00:43 / 14 Dekabr 2025
123
00:04 / 14 Dekabr 2025
266
23:47 / 13 Dekabr 2025
981
23:44 / 13 Dekabr 2025
72
23:30 / 13 Dekabr 2025
77
22:45 / 13 Dekabr 2025
435
22:30 / 13 Dekabr 2025
123
22:28 / 13 Dekabr 2025
149
22:22 / 13 Dekabr 2025
168
22:11 / 13 Dekabr 2025
285
21:58 / 13 Dekabr 2025
435
21:34 / 13 Dekabr 2025
1186
21:21 / 13 Dekabr 2025
101
21:19 / 13 Dekabr 2025
132
21:15 / 13 Dekabr 2025
97
21:02 / 13 Dekabr 2025
87
20:49 / 13 Dekabr 2025
422
20:44 / 13 Dekabr 2025
114
20:36 / 13 Dekabr 2025
99
20:26 / 13 Dekabr 2025
93
20:01 / 13 Dekabr 2025
312
19:53 / 13 Dekabr 2025
114
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.