BP-nin Baş icraçı direktoru dəyişir
18 Dekabr 2025, 10:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
800
19.02.2025, 15:38
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Bu barədə Oxu24.com-a Mərkəzdən məlumat verilib.
Bildirilib ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İmtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
Həmçinin oxuyun
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 21926 bakalavrdan 515 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.
11:05 / 18 Dekabr 2025
6
10:57 / 18 Dekabr 2025
13
10:43 / 18 Dekabr 2025
114
10:40 / 18 Dekabr 2025
37
10:25 / 18 Dekabr 2025
37
10:19 / 18 Dekabr 2025
29
09:05 / 18 Dekabr 2025
49
01:50 / 18 Dekabr 2025
1098
01:48 / 18 Dekabr 2025
89
00:00 / 18 Dekabr 2025
1068
23:35 / 17 Dekabr 2025
117
23:29 / 17 Dekabr 2025
131
23:21 / 17 Dekabr 2025
336
23:00 / 17 Dekabr 2025
901
22:50 / 17 Dekabr 2025
341
22:36 / 17 Dekabr 2025
252
22:27 / 17 Dekabr 2025
408
21:45 / 17 Dekabr 2025
755
21:36 / 17 Dekabr 2025
242
21:30 / 17 Dekabr 2025
128
21:20 / 17 Dekabr 2025
1277
21:17 / 17 Dekabr 2025
429
20:59 / 17 Dekabr 2025
124
20:53 / 17 Dekabr 2025
120
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.