Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ
15 Dekabr 2025, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
778
18.02.2025, 15:12
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi ilə bağlı mediada yayılan məlumatlarla bağlı əhaliyə və aptek təşkilatlarına müraciət edib.
Oxu24.com-un məlumatına görə müraciətdə deyilir:
"Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi barədə mediada məlumat yayılıb.
Əhali arasında çaşqınlıq yaranmaması üçün bildiririk ki, ölkə ərazisində dərman çatışmazlığının qarşısının alınması məqsədilə atılan ən mühüm addımlardan biri də dərman vasitələrinin qeydiyyat-ekspertiza qaydalarının sadələşdirilməsi və beynəlxalq qeydiyyatın tanınması olub.
Belə ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər-hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb “Dərman vasitələri haqqında” qanunun 11.3-cü maddəsində öz əksini tapır. Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.
Həmçinin oxuyun
Qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək İnzibati tənbeh tədbirləri görülür.
Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi tərəfindən aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri - vəzifəli şəxs olduqda 1 500-2 000, hüquqi şəxs olduqda isə 5 000-7 000 manat məbləğində cərimə edilir.
Apteklər isə yalnız vəsiqə sahibləri tərəfindən Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin edildiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir.
Əlavə olaraq qeyd etməliyik ki, cənab prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir ki, bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".
22:54 / 15 Dekabr 2025
8
22:49 / 15 Dekabr 2025
15
22:48 / 15 Dekabr 2025
12
22:31 / 15 Dekabr 2025
31
22:27 / 15 Dekabr 2025
26
22:09 / 15 Dekabr 2025
150
21:59 / 15 Dekabr 2025
39
21:45 / 15 Dekabr 2025
58
21:10 / 15 Dekabr 2025
1369
20:54 / 15 Dekabr 2025
85
20:38 / 15 Dekabr 2025
1071
20:16 / 15 Dekabr 2025
61
19:46 / 15 Dekabr 2025
155
19:15 / 15 Dekabr 2025
598
18:43 / 15 Dekabr 2025
583
18:36 / 15 Dekabr 2025
74
17:51 / 15 Dekabr 2025
96
17:37 / 15 Dekabr 2025
850
17:14 / 15 Dekabr 2025
106
17:08 / 15 Dekabr 2025
100
16:59 / 15 Dekabr 2025
218
16:49 / 15 Dekabr 2025
885
16:40 / 15 Dekabr 2025
213
16:26 / 15 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.