Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı
14 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1188
14.02.2025, 12:26
Son günlər mediada Rusiyaya işləyən şəxslərlə bağlı siyahı yayımlanır.Qeyd olunan materiallar cəmiyyətdə böyük ək-səda doğurur.
Oxu24.com xəbər verir ki, CityPost.az saytı Milli Məclisin sabiq deputatı Vahid Əhmədovla bağlı sensassion iddia yayıb.
Vahid Əhmədov istiqlalçıdır? başlıqlı yazıda sabiq deputatın Rusiya agenti olmasına eyham edilib.
"Yenicə fəaliyyətə başlayan Teleqraf.az xəbər agentliyi bu günlərdə sabiq deputat Vahid Əhmədovdan müsahibə alıb.Müsahibənin detallarına toxunmaq fikrimiz yoxdur.
Əsas bizim diqqətimizi çəkən məqam Vahid Əhmədovun oxucuya istiqlalçı deputat kimi təqdim olunmasıdır.Belə yerdə deyiblər:Utanmasan,oynamağa nə var? Ola bilər ki, gənc nəsil kimin,kim olduğunu aydın bilməsin.Yaşlı nəsil axı yaxşı bilir ki, Vahid Əhmədov kim olub. Onun istiqlalçı kimi pərdələnmək cəhdi görəsən indiki məqamda nəyin göstəricisidir?

Üstəlik də müsahibədə Milli Məclisin deputatı kimi qələmə verilir.Ola bilər ki, müsahibəni alan jurnalist naşılıq etsin...Bəs,müsahib? Bu,əslində hər iki tərəf üçün böyük qüsurdur. Kiminsə hesabına gündə bir agentlik,sayt yaratmaq bir məsələdir.Adamları cəmiyyətə yalnış təqdim edərək,çaşdırmaq isə digər bir məsələ...
Vətənini sevən oğulların hesabına Azərbaycan müstəqillik qazananda istiqlalçı deputat kimi təqdim olunan Vahid Əhmədov yüksək vəzifələr daşıyırdı.
O,hətta qısa bir zaman kəsiyində baş nazirin müavini postunu da tuta bilmişdi. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndən bir neçə ay sonra onu vəzifəsindən uzaqlaşdırdı.
Çünki,Heydər Əliyev kimin kim olduğunu yaxşı bilirdi. Əgər,günün birində arxivlər açılsa, Rusiya agentlərinin siyahısı üzə çıxsa, “İstiqlalçı deputat” Vahid Əhmədovun adını orada görsəniz,heç təəccüblənməyin... ",deyə sayt yazır.
İddialarla bağlı sabiq deputatla əlaqə saxlamaq istəsək də,telefon zənglərinə cavab vermədi.
Oxu24.com qarşı tərəfin mövqeyini təqdim etməyə hazırdır.

00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.