Ağır qəza: Həyatını itirən var
25 Aprel 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
969
13.02.2025, 16:30
Prezident İlham Əliyev Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Sərəncamda qeyd olunur ki, 2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.
Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.
Həmçinin oxuyun
Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
11:03 / 25 Aprel 2026
20
11:01 / 25 Aprel 2026
37
10:59 / 25 Aprel 2026
27
01:08 / 25 Aprel 2026
660
00:59 / 25 Aprel 2026
356
00:22 / 25 Aprel 2026
342
23:49 / 24 Aprel 2026
121
23:35 / 24 Aprel 2026
319
23:21 / 24 Aprel 2026
349
22:43 / 24 Aprel 2026
994
22:31 / 24 Aprel 2026
110
22:31 / 24 Aprel 2026
270
22:29 / 24 Aprel 2026
118
22:21 / 24 Aprel 2026
117
22:20 / 24 Aprel 2026
347
22:15 / 24 Aprel 2026
2011
22:13 / 24 Aprel 2026
108
22:10 / 24 Aprel 2026
1010
22:07 / 24 Aprel 2026
110
22:03 / 24 Aprel 2026
417
22:00 / 24 Aprel 2026
272
21:56 / 24 Aprel 2026
120
21:44 / 24 Aprel 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.