Respublikanın ən gənc prorektoru Hidayətli kimdir? - DOSYE
13 Dekabr 2025, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1019
10.02.2025, 12:11
“2024-cü ildə yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 25 ili tamam olub, yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib”.
Oxu24.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” haqqında danışarkən bildirib.
“Bələdiyyə fəaliyyətinə inzibati nəzarət çərçivəsində 102,831 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, onlardan 97%-i qanunvericiliyə uyğun hesab edilib. 2.5%-i isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təklif olunub. Yəni nəticədə 99 838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2 594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib, 399 akt isə baxılmaqdadır”, - deyə nazir müavini bildirib.
Həmçinin oxuyun
***
Nazir müavini əlavə edib ki, qanunvericiliyin tələblərinə uyğun olmayan 74 bələdiyyə aktı tam ləğv edilib: “Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub. Korrupsiya ilə mübarizə çərçivəsində qanun pozuntuları aşkarlanıb və hüquq-mühafizə orqanlarına göndərilib. 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb. 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”.
23:47 / 13 Dekabr 2025
10
23:44 / 13 Dekabr 2025
7
23:30 / 13 Dekabr 2025
15
22:45 / 13 Dekabr 2025
140
22:30 / 13 Dekabr 2025
74
22:28 / 13 Dekabr 2025
82
22:22 / 13 Dekabr 2025
77
22:11 / 13 Dekabr 2025
163
21:58 / 13 Dekabr 2025
321
21:34 / 13 Dekabr 2025
868
21:21 / 13 Dekabr 2025
71
21:19 / 13 Dekabr 2025
92
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
326
20:44 / 13 Dekabr 2025
80
20:36 / 13 Dekabr 2025
70
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
267
19:53 / 13 Dekabr 2025
87
19:21 / 13 Dekabr 2025
542
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1026
18:12 / 13 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.