Azərbaycanda sarı xəbərdarlıq verildi
11 May 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
593
07.02.2025, 13:13
Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub.
Oxu24.com un məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib.
Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur.
E.Hacıyev valideynlərə tövsiyə edib ki, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var:
“Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var.
Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.
DİN rəsmisi əlavə edib ki, qurum tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparılır. Heç bir çağırışa polis tərəfindən etinasız yanaşılmır.
18:46 / 11 May 2026
1
18:39 / 11 May 2026
31
18:33 / 11 May 2026
35
18:28 / 11 May 2026
23
18:16 / 11 May 2026
94
18:09 / 11 May 2026
34
18:06 / 11 May 2026
257
18:00 / 11 May 2026
113
17:57 / 11 May 2026
42
17:55 / 11 May 2026
142
17:33 / 11 May 2026
56
17:21 / 11 May 2026
119
17:17 / 11 May 2026
53
17:10 / 11 May 2026
48
16:57 / 11 May 2026
1652
16:49 / 11 May 2026
58
16:41 / 11 May 2026
93
16:37 / 11 May 2026
190
16:27 / 11 May 2026
278
16:25 / 11 May 2026
83
16:15 / 11 May 2026
470
16:03 / 11 May 2026
58
15:49 / 11 May 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.