Bu şəxslərin həbs cəzası hesablanmayacaq
02 May 2025, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
866
05.02.2025, 13:07
Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var.
Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən qərar verilib.
Qeyd olunur ki, həmin cərrahların, o cümlədən S. Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.
Məsələ ilə bağlı S. Heydərovanın köməkçisi açıqlama verərək onun ölkə xaricində olduğunu və hazırda işləmədiklərini qeyd edib. Bildirib ki, o, bir ay sonra Bakıya qayıdacaq. Köməkçisi Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu söyləyib.
Həmçinin oxuyun
Sevinc Heydərovanın işlədiyi “İnternational Medical Centre”dən də bu barədə açıqlama verilməyib.
Qeyd edək ki, ötən ilin sonunda vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün Xüsusi Təftiş Komissiyası yaradılmışdı. Səhiyyə Nazirliyi tərəfindən lazımi sənədlərin komissiyaya təqdim olunması üçün onlara vaxt verilmişdi.
Xatırladaq ki, S. Heydərova daha əvvəl də dəfələrlə uğursuz plastik əməliyyatlar etməkdə ittiham olunub. Xalq artisti Flora Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. Belə ki, o, 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq sənətçi bunun fəsadlarını yaşayıb, görmə qabiliyyəti tamamilə zəifləyib.
F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endokrinoloq, nevroloq, sonra isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.
09:45 / 02 May 2025
72 yaşlı süpürgəçi qadını maşın vurub öldürdü
1
09:45 / 02 May 2025
Bu şəxslərin həbs cəzası hesablanmayacaq
1
09:30 / 02 May 2025
"ABŞ tənəzzül riski ilə üz-üzədir"
2
09:15 / 02 May 2025
Lerikə qar yağdı - FOTO
8
09:00 / 02 May 2025
Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı
7
08:25 / 02 May 2025
Novxanı bağlar massivində silah-sursat aşkarlanıb
24
00:54 / 02 May 2025
"Skype" bu tarixdə bağlanacaq
199
23:36 / 01 May 2025
Zelenski minerallara dair sazişin detallarını açıqladı
77
23:00 / 01 May 2025
Dəsmallardakı bu izlər nə ücündür
103
22:21 / 01 May 2025
Bu meyvə zehni yaxşı edir
110
22:01 / 01 May 2025
Azər Qasımovun xanımı da işdən çıxdı
125
21:46 / 01 May 2025
Poçt direktoru nazir müavini təyin olundu - Foto
169
21:28 / 01 May 2025
Küləklə bağlı - Xəbərdarlıq
135
21:15 / 01 May 2025
Əli Mirəliyev son durumu acıqlandı
134
21:07 / 01 May 2025
Mayk Uolts vəzifəsindən azad edildi
174
20:40 / 01 May 2025
Bir gecədə saçları niyə ağarmışdı? - Yaşar Nuri haqda şok faktlar
991
20:28 / 01 May 2025
Dünyanın ən hündür heyvanı olan Zürafələr haqqında bilmədiklərimiz
167
20:24 / 01 May 2025
Onların maaşı 15 manat artdı
561
19:58 / 01 May 2025
Kəlbəcərdə işçi axtarılır - MAAŞ 1000 MANAT
149
19:38 / 01 May 2025
Ən ağıllı körpələrin doğulduğu ay - Uğurlu liderlər də həmin ayda dünyaya gəlib
126
19:28 / 01 May 2025
Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi
129
19:17 / 01 May 2025
28 övladı,250 nəvəsi olan 136 yaşlı kişi hər gün bunu yeyirmiş — FOTOLAR
1130
19:16 / 01 May 2025
Prezidentin təyin etdiyi yeni sədr kimdir? - DOSYE
149
19:05 / 01 May 2025
Maşınların üstünə özünü atıb,pul alan şəxs görün kim imiş — RƏSMİ
458
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.