Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ
15 Dekabr 2025, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
908
05.02.2025, 10:40
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Oxu24.com un xəbərinə görə, müraciətdə Milli Hidrometeorologiya Xidmətinin yaxın günlər ərzində ölkə ərazisində temperaturun bir neçə dərəcə enərək soyuq, qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə ediləcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, bəzi yolların buz bağlayacağı və ayrı-ayrı yerlərdə güclü külək əsəcəyinin proqnozlaşdırıldığı qeyd olunur.
Qeyd olunanlarla əlaqədar FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Həmçinin oxuyun
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həya
22:49 / 15 Dekabr 2025
7
22:48 / 15 Dekabr 2025
8
22:31 / 15 Dekabr 2025
25
22:27 / 15 Dekabr 2025
25
22:09 / 15 Dekabr 2025
132
21:59 / 15 Dekabr 2025
39
21:45 / 15 Dekabr 2025
53
21:10 / 15 Dekabr 2025
1343
20:54 / 15 Dekabr 2025
85
20:38 / 15 Dekabr 2025
1049
20:16 / 15 Dekabr 2025
61
19:46 / 15 Dekabr 2025
151
19:15 / 15 Dekabr 2025
589
18:43 / 15 Dekabr 2025
574
18:36 / 15 Dekabr 2025
74
17:51 / 15 Dekabr 2025
96
17:37 / 15 Dekabr 2025
849
17:14 / 15 Dekabr 2025
105
17:08 / 15 Dekabr 2025
100
16:59 / 15 Dekabr 2025
218
16:49 / 15 Dekabr 2025
874
16:40 / 15 Dekabr 2025
207
16:26 / 15 Dekabr 2025
160
16:16 / 15 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.