Pensiya alanlara ŞAD XƏBƏR
13 Yanvar 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
30.01.2025, 21:31
Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolu tikiləcək.
Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, layihənin icra müddəti 2025-2030-cu illəri əhatə edir.
Bundan başqa, Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi də Dövlət Proqramında öz əksini tapıb.
Həmçinin oxuyun
Eyni zamanda, Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsünün tikintisi və istismara verilməsi də qeyd olunan müddət ərzində reallaşdırılacaq. Bununla yanaşı, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək.
Dövlət Proqramında Xırdalan şəhəri (Nizami Gəncəvi küçəsi) M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi də nəzərdə tutulub.
O cümlədən, 2025-2030-cü illərdə Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18-ci km) avtomobil yolunun, Binəqədi−Novxanı avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun da tikintisi və istismara verilməsi planlaşdırılır.
12:20 / 13 Yanvar 2026
1
12:07 / 13 Yanvar 2026
16
11:59 / 13 Yanvar 2026
24
11:56 / 13 Yanvar 2026
23
11:21 / 13 Yanvar 2026
29
11:05 / 13 Yanvar 2026
105
10:58 / 13 Yanvar 2026
33
10:54 / 13 Yanvar 2026
187
10:45 / 13 Yanvar 2026
39
10:43 / 13 Yanvar 2026
40
10:41 / 13 Yanvar 2026
41
10:37 / 13 Yanvar 2026
42
10:36 / 13 Yanvar 2026
107
10:32 / 13 Yanvar 2026
51
10:29 / 13 Yanvar 2026
165
09:49 / 13 Yanvar 2026
106
09:47 / 13 Yanvar 2026
70
09:42 / 13 Yanvar 2026
54
09:38 / 13 Yanvar 2026
57
09:34 / 13 Yanvar 2026
115
09:31 / 13 Yanvar 2026
57
09:29 / 13 Yanvar 2026
114
09:27 / 13 Yanvar 2026
110
09:20 / 13 Yanvar 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.