İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 oldu
01 Avqust 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
654
13.01.2026, 09:42
"Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə çıxış edən Prezident İlham Əliyev bu sahədə ölkəmizdə həyata keçirilən layihələr ilə yanaşı, qlobal məsələlərə də münasibət bildirdi. Xüsusən qlobal iqlim dəyişiklikləri fonunda dünyada su təminatı xüsusi çağrışa çevrilməkdədir".
Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Yer kürəsinin səthinin 71 faizinin su ilə örtülməsinə baxmayaraq, onun cəmi 2.5 faizi içməli sudur:
"Bütün su ehtiyatlarının isə cəmi 0.3 faizinə insanların asan əlçatanlığı var. BMT-nin qiymətləndirmələrinə görə, hazırda 2.2 milyard insanın fasiləsiz su təminatı ilə bağlı çətinlikləri var və 703 milyon sakinin isə suya əlçatanlığında ciddi problemlər yaşanır. Dünyada hər gün 5 yaşdan kiçik 1000-dən çox uşaq təmiz su, sanitariya və gigiyena çatışmazlığı ilə əlaqəli xəstəliklərdən ölür. Qida sənayesində su istifadəsinin artması səbəbindən suya olan tələbin 2030-cu ilədək qlobal olaraq 40 faiz artacağı gözlənilir. Bu isə ondan xəbər ki, növbəti illərdə suya tələbin ödənilməsində qlobal çətinliklər daha da güclənəcək".
Deputat qeyd edəb ki, su təminatında qlobal çətinliklər fonunda Azərbaycanda əhalinin 70 faizi fasiləsiz içməli su ilə təmin olunur: "Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, hazırda problemlərdən biri də itkilərlə bağlıdır. Ölkəmizdə itki faizi 45 faizə yaxındır. Dünyada ən azı su itkisi inkişaf etmiş ölkələrdə qeydə alınır. Belə ki, ən az su itkisi Niderlandadır: cəmi 4 faiz. Bu göstərici Danimarkada 6, Yaponiyada 7, Avstraliya və Almaniyada 8, İsrail də isə 9 faizdir. Ən çox su itkiləri isə Hindistan, Əlcəzair və Meksikada qeyd alınır: 50 faiz. Göründüyü kimi, itkilərin səviyyəsinin azaldılması nəticəsində Azərbaycanda su təminatının ciddi şəkildə yaxşılaşdırılması mümkündür. Müşavirədə qeyd olunduğu kimi, dövlət proqramının icrası nəticəsində su itki faizinin azalacağı gözlənilir. Bu isə su təminatında ciddi irəlləyişə səbəb olacaq".
19:51 / 01 Avqust 2026
2
19:04 / 01 Avqust 2026
52
18:34 / 01 Avqust 2026
57
12:59 / 01 Avqust 2026
115
12:45 / 01 Avqust 2026
147
12:43 / 01 Avqust 2026
131
12:37 / 01 Avqust 2026
762
12:35 / 01 Avqust 2026
208
12:30 / 01 Avqust 2026
89
12:29 / 01 Avqust 2026
278
12:21 / 01 Avqust 2026
377
12:15 / 01 Avqust 2026
135
12:05 / 01 Avqust 2026
1426
12:01 / 01 Avqust 2026
143
11:59 / 01 Avqust 2026
99
11:58 / 01 Avqust 2026
91
11:37 / 01 Avqust 2026
104
11:30 / 01 Avqust 2026
87
11:16 / 01 Avqust 2026
88
11:13 / 01 Avqust 2026
87
10:55 / 01 Avqust 2026
108
10:30 / 01 Avqust 2026
89
10:05 / 01 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.