Azərbaycanda polkovnikin meyiti tapıldı
02 Fevral 2026, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
492
13.01.2026, 11:56
Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Oxu24.com verir ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.
Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Ümummilli lider Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil qoyub.
Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, cari il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xüsusi məna kəsb edir. Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil dövlətçilik tariximizin əsas sütunlarına verilən ali dəyərin bariz ifadəsidir. Bu il ərzində dövlətimizin xarici siyasət sahəsində əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsini təmin edib. Prezident İlham Əliyevin məqsədyönlü və praqmatik diplomatik fəaliyyəti nəticəsində Azərbaycan bu gün etibarlı, təşəbbüskar və nüfuzlu tərəfdaş kimi tanınır.
Həmçinin oxuyun
Baş prokuror bildirib ki, bu gün qulluğa qəbul olmuş gənclərdən 1-i Vətən müharibəsinin, 1-i isə Azərbaycan Respublikasının suverenliyinin bərpası uğrunda 19-20 sentyabr 2023-cü il tarixdə qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatlarının iştirakçısıdır.
Qeyd edilib ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri 2023-cü ildə, 2 nəfəri 2024-cü ildə, 1 nəfəri isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.
Kamran Əliyev qeyd edib ki, Baş Prokurorluq tərəfindən 15 aprel 2024-cü il tarixdə elan edilmiş sayca 26-cı müsabiqə üzrə 19 nəfəri qız olmaqla 56 namizəd müvəffəqiyyət qazanıb.
Baş Prokurorluq üzrə 13.01.2025-ci il tarixli əmrə əsasən, onların müvafiq vəzifələrə təyinatlarının aparılması nəticəsində müsabiqə yolu ilə qulluğa qəbul edilmiş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 93.2 %-ni təşkil edib: “30 sentyabr 2025-ci il tarixdə başa çatdırılmış və müsabiqədə iştirak etmək üçün 259-u (74.2 %) oğlan, 90-ı (25.8 %) qız olmaqla, müraciət edilib və müsabiqə şərtlərinə cavab verən 349 namizəd qeydiyyata alınıb. 10 oktyabr 2025-ci ildə test imtahanı keçirilib və imtahanda 321 namizəd iştirak edib. Onlardan 174 namizəd, o cümlədən 125 oğlan (72 %), 49 qız (28 %) müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmək hüququ qazanıb”.
Baş prokuror bildirib ki, 14 noyabr 2025-ci il tarixdə müsabiqənin yazılı imtahan mərhələsi keçirilib və imtahanda 171 namizəd (123 oğlan, 48 qız) iştirak etmiş və yazılı imtahan işləri yoxlanılaraq nəticədə 71 namizəd, o cümlədən 59 (83.1 %) oğlan, 12 (16.9 %) qız müvəffəqiyyət qazanıb: “Ötən il prokurorluq orqanlarına qəbul üçün imtahan verən şəxslərdən biri sabiq prokurorluq işçisi olub. Əvvəllər öz arzusu ilə qulluq keçməsinə xitam verilib”.
21:09 / 02 Fevral 2026
1
21:05 / 02 Fevral 2026
12
20:58 / 02 Fevral 2026
17
20:54 / 02 Fevral 2026
22
20:53 / 02 Fevral 2026
16
20:51 / 02 Fevral 2026
25
20:42 / 02 Fevral 2026
24
20:19 / 02 Fevral 2026
50
19:53 / 02 Fevral 2026
50
19:39 / 02 Fevral 2026
63
19:31 / 02 Fevral 2026
69
19:13 / 02 Fevral 2026
55
19:05 / 02 Fevral 2026
69
18:37 / 02 Fevral 2026
65
18:36 / 02 Fevral 2026
74
18:32 / 02 Fevral 2026
70
18:15 / 02 Fevral 2026
107
18:01 / 02 Fevral 2026
779
17:53 / 02 Fevral 2026
98
17:44 / 02 Fevral 2026
3182
17:37 / 02 Fevral 2026
89
17:37 / 02 Fevral 2026
89
17:36 / 02 Fevral 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.