ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
02 Oktyabr 2026, 22:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
648
13.01.2026, 10:37
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricanı ilə telefon danışığı apararaq, xarici qüvvələrin İranın daxili işlərinə müdaxilə etməyə yönəlmiş cəhdlərini qınayıb.
Oxu24.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti açıqlamasında bildirilib ki, Şoyqu və Laricanı arasında keçirilən telefon danışığında İranın içindəki etiraz aksiyaları da müzakirə olunub.
Şoyqu hadisələrdə çox sayda insanın həlak olmasından dolayı başsağlığı verərək, xarici qüvvələrin İranın daxili işlərinə müdaxilə cəhdlərini pislədiyini vurğulayıb. O, həmçinin 17 yanvar 2025-ci ildə Rusiya ilə İran arasında imzalanmış genişmiqyaslı strateji tərəfdaşlıq sazişi çərçivəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib. İki tərəf təhlükəsizliyin təmin olunması məqsədilə əlaqələrin davam etdirilməsi və mövqelərin koordinasiyası barədə razılığa gəliblər.
Məlumat üçün bildirək ki, İranda 28 dekabr 2025-ci il tarixində yerli valyutanın xarici valyutalara qarşı dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Təbriz Böyük Çarşıda başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.Rəsmi qurumlar etirazlarda ölən və yaralananların sayını açıqlamasa da, İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) 11 yanvar 2026-cı il tarixində yayımladığı hesabatda, 37-si polis və bir nəfəri prokuror olmaqla, 8-i uşaq olmaqla ümumilikdə 544 nəfərin həyatını itirdiyini və 10 681 nəfərin saxlanıldığını bildirib.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.