Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı
14 Noyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1408
12.01.2026, 18:34
Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi.
Oxu24.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib.
“Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.
Samur-Abşeron su kanalı. Vaxtilə biz bu kanalı yenidən inşa etmişik. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, “Ceyranbatan” su anbarı dayanıqlı su ilə təmin edilsin. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axın tam təmin edilməlidir”, – dövlət başçısı bildirib.
22:19 / 14 Noyabr 2026
1
21:55 / 14 Noyabr 2026
69
21:32 / 14 Noyabr 2026
90
21:22 / 14 Noyabr 2026
111
21:11 / 14 Noyabr 2026
482
21:04 / 14 Noyabr 2026
442
21:02 / 14 Noyabr 2026
99
20:56 / 14 Noyabr 2026
217
20:50 / 14 Noyabr 2026
108
20:38 / 14 Noyabr 2026
107
20:23 / 14 Noyabr 2026
1028
19:54 / 14 Noyabr 2026
105
19:50 / 14 Noyabr 2026
106
19:36 / 14 Noyabr 2026
1686
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
135
19:05 / 14 Noyabr 2026
125
18:50 / 14 Noyabr 2026
135
18:43 / 14 Noyabr 2026
141
18:21 / 14 Noyabr 2026
921
18:09 / 14 Noyabr 2026
151
18:06 / 14 Noyabr 2026
588
18:03 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.