Qaynar xətt:

(+99450) 247 90 86

İşğal tariximiz: Rus ordusunun öldürdüyü 16 min azərbaycanlı, süqut edən TALIŞ XANLIĞI

İşğal tariximiz: Rus ordusunun öldürdüyü 16 min azərbaycanlı, süqut edən TALIŞ XANLIĞI

CƏMİYYƏT

1288

13.01.2026, 10:54

Çar Rusiyası  Gəncənin işğalı, Cavad xanın qətlindən sonra  digər xanlıqları hədəf aldığı məlumdur. 

Oxu24.com verir ki,  bu gün ərazizi  təxminən 8000 kv. verst olan  Talış xanlığının Çar Rusiyası tərəfindən işğalından  213 il ötür. 

 Rusiya imperiyasına tabe olmayan şəhərlərimiz içərisində Gəncə və Bakıdan sonra Lənkəranın adını çəkmək olar.  Talış xanlığı, Lənkəran şəhəri də son gücünə qədər, son anına qədər Rus ordusuna qarşı savaşıb və yüzlərlə itki veriblər.  Lənkəran şəhərinin bu qeyri-bərabər döyüşdəki  cəsurluğundan söhbət açan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev rusların Lənkəranda yerli əhaliyə və onlara qarşı savaşan hər kəsə amansız davranmasına da diqqət çəkir:”13 gün sürən döyüşdə general Pyotr Kotlyarevski şəhəri qoruyan Qacar canişini Sadiq Xanın müdafiə sistemi qarşısında aciz qalmış, sonra isə əsgər və silah hesabına şəhəri işğal edə bilmişdi”.

Bir çox tarixi mənbələrdə Lənkəranın  bu şücayəti  yanlış şəkildə verildiyini diqqətə çatdıran tarixçi -alim  bildirir ki, bəzi mənbələr  Lənkəranın tarixinə kölgə salıb:”Bəzi mənbələr yazır ki, guya, 1813 cü ildə Talış xanlığı könüllü olaraq Rusiyanın tərkibinə keçib. Lakin bu saxta məlumatdır. Talış xanlığı sonuna qədər mübarizə aparıb və Rus imperiyası ilə döyüşüb”.

Z. Əliyev xanlığın çox böyük gücə və müasir  silahlara malik olan rus ordusuna  13 gün necə duruş gətirdiyinə də açıqlama verir:” Talış xanlığı 6 mahala bölünürdü (Ərkivan, Dərin, Alar, Məringül, Züvənd və Sepidac) Lənkəran şəhərini və 235 kəndi birləşdirən xanlıqda 40 minə yaxın əhali o dövrdə yaşayırdı.

Qısa Lənkaran şəhərinin yerləşdiyi qala haqqında məlumat verim ki, qala qüllələri olan daş divarla, arxa tərəfdən saxsı örtüklə əlavə olaraq möhkəmləndirilmiş, xaricdən isə dörd metr dərinliyə qədər olan, qismən su ilə dolu xəndəklə əhatə olunmuşdu.

General Pyotr Kotlyarevski döyüşdən öncə Sadiq Xana məktub yazıb təslim olmağı çağırsa da ona verilən “Tanrıya inanan özgə vətəndə qanlar töküb, sadə xalqı yağmalamaz" cavabından sonra hücum əmrini verir.

Sadıq xanın döyüşdən öncə çıxışı: ““Bütün komandirlərə və əsgərlərə əmr edirəm ki, bütün təhlükələrə məhəl qoymadan və canlarını əsirgəmədən qalanı fırtına ilə ələ keçirmək istəyən şər düşməni dəf etmək üçün hər an öz mövqelərində qalsınlar. Vətənimizi dərindən sevərək, biz çarəsiz və inadla müqavimət göstərməli, ölənə qədər vuruşmalı, qalanı əlimizdə saxlamağa var gücümüzlə çalışmalı, vətənimizi xilas etmək üçün özümüzü qurban verə biləcəyimizi soyğunçulara sübut etməliyik. Müqavimətə hazır olun, çünki düşmən quduz canavar kimi bizə doğru gəlir. Qoy hamı silaha sarılsın, kim bilirsə, silahdan istifadə etsin. Bir sözlə, özünüzü müdafiə edin və cəsarətlə ölümə qədər müdafiə olun, ancaq qalanı aldıqdan sonra qəzəbli və vəhşiləşərək heç kimə rəhm etməyən, heç kəsi, hətta uşaqları belə sağ buraxmayan kafirə təslim olmayın. Vətən uğrunda cəsarətlə və mətanətlə vuruşaraq şanlı ölümlə ölmək şiddətli şimal ayıları tərəfindən parçalanmaqdan yaxşıdır”.

Ruslar iki gün davam edən artilleriya zərbələrinə başladılar, lakin demək olar ki, heç bir nəticə əldə edə bilmədilər. Divarları dağıtmaq mümkün olmadığından Kotlyarevski Lənkərana “klassik” şəkildə - nərdivanlarının köməyi ilə hücum əmri verdi.

General bütün qüvvələrini - 14-cü Gürcü Qrenadieri, Üçlük Piyadaları və 17-ci Yaeger alaylarını eyni vaxtda üç istiqamətdən hücuma keçmək əmrini verdi. Qeyd edim ki, rus ordusunun sayı barədə müztəlif rəqəmlər var. Bəziləri 17 min, bəziləri isə 20 min yazır.

Döyüşdən öncə Kotlyarevski elan etdi ki, döyüşdən qaçan istənilən "rütbə və rütbədən asılı olmayaraq" hərbiçi dərhal yerindəcə güllələnəcək.

Gürcü alayının komandiri, polkovnik-leytenant Uşakov qalaya çıxan zaman öldürülür və bundan sonra hücumda şəxsən iştirak edən Kotlyarevski öz nümunəsi ilə əsgərləri ruhlandırmaq üçün pilləkənləri özü qalxmağa başladı. Əlində qılıncla divara dırmaşan Kotlyarevski, demək olar ki, dərhal ayağından bir güllə, sonra daha üzündən bir güllə zərbəsi aldı, onlardan biri sağ gözünü, ikincisi isə çənəsini parçaladı.

Bundan sonra Ruslar amansızasına Lənkəran şəhərində qarşılarına çıxanları öldürməyə başladılar. Mənbələrdə 3737 Lənkəranın müdafiəçilərinin öldürüldüyü yazılır.

Ruslar 350 nəfər itki verərək Lənkərana daxil ola bildilər. Şəhərin müdafiə qüvvələrinə rəhbərlik edən Sadıq Xan qəhrəmancasına savaşaraq ölür . Ruslar şəhərə daxil olduqdan sonra demək olar ki , əsl qətliam edərək şəhərin 16 min sakinin öldürdülər .

Gürcüstandakı rus ordusunun komandanı, general-leytenant Nikolay Rtişşevə ünvanlanan raportda yazılırdı: “Düşmən qarnizonu tamamilə məhv edildi; iki min beş yüzdən çoxu divarlara və qalaya hücum zamanı; qalanları Lənkəran çayını keçmək istəyən zamanı öldürüldü. Sərdar Sadıq xan özü də ən yaxşı xanlarla birlikdə qalada öldürüldü. Biz əsir götürmədik. Hamısını öldürdük”.

Qeyd edək ki, 1813-cü il oktyabrın 12-də Rusiya və İran arasında Gülüstan müqaviləsi imzalandı. Bu müqavilə ilə Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyuldu və Azərbaycan torpaqları iki işğalçı arasında bölüşdürüldü. Talış xanlığı da bir çox digər Azərbaycan xanlıqları kimi Rusiyaya birləşdirildi.

1814-cü ilin 26 iyulunda general-mayor Mir Mustafa xan vərəm xəstəliyindən vəfat etdikdən sonra onun yerinə oğlu Mirhəsən xan keçdi. Talış xanlığı 1826-cı ildə Rusiya tərəfindən tamamilə  işğal olundu və ləğv edildi. Sonuncu xan olan Mir Həsən xan 1831-ci il Lənkəran üsyanında ruslara qarşı qəhrəmancasına vuruşsa da tab gətirə bilməyib İrana sığınmalı oldu. 1832-ci ildə isə zəhərlənərək öldürüldü.

 Əntiqə Rəşid

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0