Baş nazirdən yeni QƏRAR
18 Dekabr 2025, 15:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
602
30.01.2025, 21:31
Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolu tikiləcək.
Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, layihənin icra müddəti 2025-2030-cu illəri əhatə edir.
Bundan başqa, Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi də Dövlət Proqramında öz əksini tapıb.
Həmçinin oxuyun
Eyni zamanda, Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsünün tikintisi və istismara verilməsi də qeyd olunan müddət ərzində reallaşdırılacaq. Bununla yanaşı, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək.
Dövlət Proqramında Xırdalan şəhəri (Nizami Gəncəvi küçəsi) M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi də nəzərdə tutulub.
O cümlədən, 2025-2030-cü illərdə Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18-ci km) avtomobil yolunun, Binəqədi−Novxanı avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun da tikintisi və istismara verilməsi planlaşdırılır.
15:21 / 18 Dekabr 2025
9
15:02 / 18 Dekabr 2025
286
14:48 / 18 Dekabr 2025
71
14:44 / 18 Dekabr 2025
43
14:42 / 18 Dekabr 2025
47
14:29 / 18 Dekabr 2025
73
14:14 / 18 Dekabr 2025
2381
13:57 / 18 Dekabr 2025
891
13:34 / 18 Dekabr 2025
55
13:32 / 18 Dekabr 2025
58
13:25 / 18 Dekabr 2025
575
13:19 / 18 Dekabr 2025
118
13:18 / 18 Dekabr 2025
62
13:13 / 18 Dekabr 2025
47
12:54 / 18 Dekabr 2025
53
12:35 / 18 Dekabr 2025
322
12:34 / 18 Dekabr 2025
64
12:28 / 18 Dekabr 2025
75
12:11 / 18 Dekabr 2025
951
12:03 / 18 Dekabr 2025
69
11:55 / 18 Dekabr 2025
239
11:36 / 18 Dekabr 2025
77
11:30 / 18 Dekabr 2025
168
11:14 / 18 Dekabr 2025
460
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.