Camış ətində bu vitaminlər var imiş - FAYDALARI
14 Dekabr 2025, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
804
26.01.2025, 09:30
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 33 il ötür.
OXU24.COM xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.
Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 100-ə yaxın itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar, o cümlədən Daşaltı kəndi azad olunub.
2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb.
Həmçinin oxuyun
Azad olunandan sonra bir vaxtlar işğal altında saxlanılan Azərbaycan torpaqlarında kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlardan biri də 2021-ci ilin fevralın 17-də Daşaltı kəndi ərazisində aşkar edilib və oradan 7 nəfərə məxsus meyit qalıqları çıxarılaraq götürülüb.
Daşaltı kəndi ərazisində aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlərin ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur
19:36 / 14 Dekabr 2025
1
19:27 / 14 Dekabr 2025
28
19:22 / 14 Dekabr 2025
18
18:57 / 14 Dekabr 2025
1089
17:55 / 14 Dekabr 2025
580
16:45 / 14 Dekabr 2025
1034
15:41 / 14 Dekabr 2025
815
15:09 / 14 Dekabr 2025
76
14:56 / 14 Dekabr 2025
163
14:08 / 14 Dekabr 2025
2042
13:58 / 14 Dekabr 2025
102
13:27 / 14 Dekabr 2025
118
13:18 / 14 Dekabr 2025
97
13:09 / 14 Dekabr 2025
131
12:54 / 14 Dekabr 2025
510
12:18 / 14 Dekabr 2025
1053
12:06 / 14 Dekabr 2025
2243
11:38 / 14 Dekabr 2025
106
11:30 / 14 Dekabr 2025
762
11:22 / 14 Dekabr 2025
83
10:43 / 14 Dekabr 2025
1104
10:33 / 14 Dekabr 2025
131
10:20 / 14 Dekabr 2025
114
09:40 / 14 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.