Görkəmli kino və dekor rəssamı vəfat etdi
30 Aprel 2025, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
636
24.01.2025, 15:30
Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Oxu24.com un məlumatına görə, nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik hesabat ilində də etibarlı qorunub.
Qeyd olunub ki, cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib, qanunla müəyyən edilmiş funksiyaların digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib. Daxili işlər orqanlarının əməkdaşları miqyasına görə indiyədək ölkəmizdə keçirilən konfrans, yarış və mərasimlərlə müqayisəyə gəlməyən COP29-un yüksək təhlükəsizlik şəraitində keçməsi üçün üzərinə düşən vəzifələri və qarşıya qoyulmuş tapşırıqları aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində əzmlə yerinə yetirib.
V.Eyvazov vurğulayıb ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınıb, onlardan 87,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31.526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizinin açılması təmin edilib.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.
Davam etdirilən profilaktik tədbirlərin nəticəsi olaraq müqayisə edilən dövrə nisbətən 2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23,2, ictimai yerlərdə baş verənlərin sayında 9, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8 faiz azalma qeydə alınıb. Ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9, qeyri-aşkar şəraitdə baş verənlər 18,1, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5, odlu silahın tətbiqi ilə törədilənlər 21, mülkiyyət əleyhinə olanlar 10,4, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5, habelə yol-nəqliyyat hadisələri 12,8, qəzalarda xəsarət alanların sayı 13,1, ölənlərin sayı 11,4 faiz azalıb.
Prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini qeyd edib.
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7.227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb.
Narkotiklərlə mübarizənin də vəziyyətinə toxunan nazir bildirib ki, qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox - 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib. Bu istiqamətdə əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirən nazir müvafiq fəaliyyətin qətiyyətlə davam etdirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmin cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında uğurlu nəticələri olan bir çox əməliyyatların keçirildiyini, müşahidə olunan müsbət təmayüllərin məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğunu, Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloqerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.
Nazir onların, eləcə də yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsin, o cümlədən ictimai fəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və media mənsublarının fəaliyyətini təqdir edərək hər birinə təşəkkürünü bildirib.
Həmçinin oxuyun
Həmçinin ölkədə aparılan antinarkotik təbliğatın əhəmiyyətini qeyd edərək ötən il bu sahədə ərazi polis orqanlarının rəhbərlərinin iştirakı ilə 1200-ə yaxın maarifləndirmə tədbirinin keçirildiyini nəzərə çatdırıb, bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, cari ildə də fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib, respublikanın təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tapşırıb.
Qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin qarşısının alınması, açılması, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün qabaqlayıcı tədbirlərin davam etdirildiyini bildirən nazir qadınların təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materialların mütəmadi təhlil olunduğunu, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması üçün tədbirlərin görüldüyünü, o cümlədən aidiyyəti orqan və təşkilatlara vəsatətlər verildiyini qeyd edib. Zorakı əməllərdən və məişət zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların prosessual hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2024-cü ildə qadınlarla bağlı törədilmiş cinayətlərin ümumi sayında 47 fakt, o cümlədən ailə münaqişəsi zəminli cinayətlərin sayında 1,8 faiz azalma müşahidə olunduğunu vurğulayıb.
Nazir yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında 18,5 faiz azalmanın qeydə alındığını da bildirərək gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib.
Diqqətə çatdırılıb ki, hesabat ilində 6.055, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan olan 4.468 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Eyni zamanda Nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.
Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu bildirib. “102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış müraciətlərə də çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 80,3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin yaradıldığını, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını nəzərə çatdırıb.
Kollegiya iclasına yekun vuran nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, bundan sonra da hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının etibarlı qorunmasını, əməkdaşların vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına daim riayət etməsini, eyni zamanda qətiyyətli olmasını, qanunçuluğun möhkəmləndirilməsini, peşəkarlıq səviyyəsinin artırılmasını tələb edib, xidməti fəaliyyətin səmərəliliyinin davamlı olaraq artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Həmçinin bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır, şəxsi heyət suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrin icrasını davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə və əzmlə həyata keçirməyə çalışır.
Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, vətəndaşların təhlükəsizliyinin və məmnunluğunun təmin olunması sahəsində vəzifələr böyük əzm və qətiyyətlə davam etdiriləcək.
23:01 / 30 Aprel 2025
Görkəmli kino və dekor rəssamı vəfat etdi
21
22:37 / 30 Aprel 2025
Qaz limiti ilə bağlı açıqlama
27
22:20 / 30 Aprel 2025
Pensiya yaşına az qalanlar mütləq oxusun: 5 il müddət ərzində...
59
22:06 / 30 Aprel 2025
Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?
23
21:50 / 30 Aprel 2025
Əhaliyə may ayı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - Həmin günlər təhlükəli tarixlərdir
325
21:48 / 30 Aprel 2025
Dəm qazı can aldı
28
21:42 / 30 Aprel 2025
Bakı-Tbilisi sərnişin qatarı əlamətdar gündə bərpa olunacaq?
39
21:05 / 30 Aprel 2025
Azərbaycanda qadınların iş vaxtı 2 saat AZALDILIR?
93
20:55 / 30 Aprel 2025
Azərbaycanlı bloger əməliyyat olunubmuş
44
20:40 / 30 Aprel 2025
Türkiyədə məktəbdə kütləvi zəhərlənmə
45
20:24 / 30 Aprel 2025
Azərbaycanda şok! Molla uşağın ayağına dua yazdı - VİDEO
226
20:18 / 30 Aprel 2025
Yanacağa qənaət edən sürət rejimi açıqlandı
71
20:07 / 30 Aprel 2025
Çin-Avropa münasibətlərində dönüş nöqtəsi
46
20:01 / 30 Aprel 2025
Alış-veriş qəbzini verməyən mağaza 1000 manat cərimələndi
104
20:01 / 30 Aprel 2025
Məşədibaba meyxanaçını niyə öldürübmüş? — Tükürpədici faktı anası açıqlayıbmış (VİDEO)
335
19:55 / 30 Aprel 2025
Sabah bu ərazilərdə qaz olmayacaq
68
19:35 / 30 Aprel 2025
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı GÖRÜN KİMDİR - FOTO
830
19:29 / 30 Aprel 2025
Bu da məşhur restoranın mətbəxi... - Kütləvi zəhərlənmə buna görə olub
68
19:25 / 30 Aprel 2025
Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
66
19:23 / 30 Aprel 2025
Azərbaycan-İran münasibətlərində yeni səhifə açılır - TƏHLİL
57
19:19 / 30 Aprel 2025
Tramp Zelenskiyə qarşı tələblərdən birini ləğv edə bilər
47
19:12 / 30 Aprel 2025
Avropa Komissiyası Vuçiçə xəbərdarlıq edib
44
19:01 / 30 Aprel 2025
Hindistan -Pakistan gərginliyi davam edir
57
18:57 / 30 Aprel 2025
Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
60
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.