14 dekabrda bizi nə gözləyir? -BÜRCLƏR
14 Dekabr 2025, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
609
22.01.2025, 12:58
Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğlu, 11 il əvvəl Qaraçuxurda Cümə məscidini yandırdığı üçün terrorçuluqda təqsirli bilinən Namiq Nəsibovun cinayət işinə xitam verilib.
Oxu24.com un əldə etdiyi məlumata görə, “PKK” terror təşkilatını dəstəkləmiş N.Nəsibov bir neçə ay əvvəl ürək çatışmazlığından vəfat edib.
Bu günlərdə məhkəməyə daxil olan sənəddə göstərilib ki, onun ölümü ilə bağlı rəyi Abşeron rayonunun Masazır Həkim Məntəqəsi verib. Görünən odur ki, psixi xəstəliyi sübut olunduğu üçün Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb edilən Namiq sonradan oradan çıxa bilib.
Şəxsin ölümünə görə ötən gün məhkəmə son qərar qəbul edib. N.Nəsibovun barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Həmçinin oxuyun
Qeyd edək ki, N.Nəsibov cinayəti Elnur Ələkbərovla birgə törətmişdi və həmin şəxsə 15 il azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Xatırladaq ki, cinayət hadisəsi baş verən vaxt Namiq Nəsibov barəsində mediada çoxsaylı məlumatlar yayılmışdı. Bildirilirdi ki, o, tibb təhsilli olub. Əvvəl Bakıda, sonradan Suriyada könüllü şəkildə həkim işləyib. İstintaq materiallarında yazılırdı ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.
O, həmin ölkənin Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə “PKK” terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradaraq ətraflarına tərəfdarlar toplamağa başlayıb. Namiq və Elnur sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib. Namiqin daha əvvəl PKK terror təşkilatının lideri Abdullah Öcalanın şəkli olan köynəyi geyinib paylaşımlar etməsi cəmiyyətdə qınaqla qarşılanmışdı.
Məlumat üçün bildirək ki, Namiq Nəsibovun atası Kamil Nəsibova Sadınlar, Malıbəyli, Xanallar, Surası kəndlərinin müdafiəsində göstərdiyi xidmətlərə görə ölümündən sonra - 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
00:04 / 14 Dekabr 2025
5
23:47 / 13 Dekabr 2025
185
23:44 / 13 Dekabr 2025
21
23:30 / 13 Dekabr 2025
28
22:45 / 13 Dekabr 2025
162
22:30 / 13 Dekabr 2025
78
22:28 / 13 Dekabr 2025
88
22:22 / 13 Dekabr 2025
83
22:11 / 13 Dekabr 2025
173
21:58 / 13 Dekabr 2025
341
21:34 / 13 Dekabr 2025
908
21:21 / 13 Dekabr 2025
72
21:19 / 13 Dekabr 2025
95
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
337
20:44 / 13 Dekabr 2025
82
20:36 / 13 Dekabr 2025
71
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
268
19:53 / 13 Dekabr 2025
88
19:21 / 13 Dekabr 2025
590
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1035
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.