12 yaşayış məntəqəsində işıq olmayacaq
26 Avqust 2026, 23:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1005
18.01.2025, 21:00
VII çağırış Milli Məclisdə bir sıra yeni simalar var. Maraqlıdır ki, yeni deputatlar neçə dil bilirlər?
Elçin Mirzəbəyli rus dilini səlis bildiyini deyib: "Azərbaycan türkcəsini - ana dilimi bilmək, bütövlükdə isə Altay dil ailəsinin Türk dilləri qrupuna aid olan dilləri ən azı başa düşmək boynumun borcudur. Bununla yanaşı, təhsilimin bir hissəsi rus dilində olduğu üçün bu dildə də özümü sərbəst şəkildə ifadə edirəm".
Deputat ingilis dilini isə təkmilləşdirməyə çalışdığını deyib: "İngilis dili bilgim mətnlərlə işləməyim üçün çətinlik yaratmır, amma zəifdir. Təkmilləşdirməyə çalışıram".
Nigar Məmmədova 3 xarici dil bildiyini deyib: "Rus, ingilis və fransız dillərini səlis bilirəm".
Fariz İsmayılzadə sualımıza belə cavab verib: "Mən rus sektorunda oxumuşam. Ona görə də bu dili səlis bilirəm. Eləcə də ABŞ-da təhsil aldığımdan ingilis dili biliyim də mükəmməldir. İspan və türk dillərini isə aşağı səviyyədə bilirəm".
Günay Ağamalı rus, türk və ingilis dillərini bilir.
Azər Allahverənov rus, türk və ingilis dillərini bilir.
Mehriban Vəliyeva rus və türk dillərini bilir.
Azər Əmiraslanov da ingilis, rus və türk dillərini bilir.
Arzuxan Əlizadə: "Rus dilini sərbəst bilirəm. İngilis dilini isə başa düşürəm, vaxtım olsa, danışıq üçün əlavə hazırlaşmağı düşünürəm".
Elşad Musayev: "Rus və türk dillərini bilirəm. İngilis dilini isə zəif bilirəm".
Rizvan Nəbiyev: "Alman dilini bilirəm. Hətta bir müddət cənab Prezidentin alman dili üzrə tərcüməçisi olmuşam. İngilis dilini yaxşı bilirəm. Başlanğıc səviyyədə erməni və fars dillərini də bilirəm".
Samir Vəliyev rus və ingilis dillərində sərbəst danışır.
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.