Qaynar xətt:

(+99450) 247 90 86

Babəkin məzarını tapmaq üzrədir - FOTOlar

CƏMİYYƏT

820

18.01.2025, 19:00

Türkiyənin məşhur ilahiyyatçı alimi, professor, doktor Mehmet Azimli hazırda İraqın Samirə şəhərində Xürrəmilər hərəkatının lideri, Azərbaycan qəhrəmanı Babəkin son günləri ilə bağlı elmi araşdırmalar aparır.

OXU24.COM  xəbər verir ki, bu barədə AzNews.az-a Mehmet Azimli məlumat verib.

"Bəli, Samirə şəhərində Babəkin edamı ilə bağlı araşdırmalar aparıram. Babəkin edam olunduğu yeri, eyni zamanda başsız bədəninin asıldığı, sonradan "Kəniseyi-Babək" kimi məşhurlaşmış, hazırda isə unudulmuş ərazini müəyyənləşdirməyə çalışıram. Əgər "Kəniseyi-Babək" adlanmış ərazi təsbit olunarsa, arxeoloji qazıntılarla Babəkin sümüklərini üzə çıxarmaq, DNT testlərindən keçirmək də mümkün ola bilər", - deyə məşhur alim bildirib.

Məqaləyə dair fotomateriallar:

 Digər