Ömürü qısaldan 4 qida
13 May 2025, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
886
18.01.2025, 13:11
Prezident kimi son günlərini keçirən ABŞ lideri Suriyadakı antiterror əməliyyatları ilə bağlı Türkiyəyə tətbiq edilmiş sanksiyaları ləğv etdi; Ankara-Vaşinqton münasibətlərində "yaşıl işıq" - şərh
ABŞ 2019-cu ildə "Barış Pınarı Hərəkatı"nın ardından Türkiyəyə tətbiq edilən sanksiyaları aradan qaldırıb. "Yeni Müsavat" xəbər verir ki, bu barədə bir neçə günə hakimiyyəti Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı cari vəziyyətə dair əlavə düzəlişlərin yer aldığı 14142 saylı yeni fərman imzalayıb. 14 oktyabr 2019-cu ildə o dövrdəki prezident Donald Trampın imzası ilə yayımlanan 13894 saylı fərman yenilənib və əvvəlki mətndə Türkiyə ilə bağlı müddəalar oradan çıxarılıb. Baydenin bu addımı bunu uzun zamandır tələb edən Ankara üçün hüquqi baxımdan mühüm nailiyyət kimi qiymətləndirilib.
Konqresə göndərdiyi bildirişdə Bayden Suriya ilə bağlı vəziyyətin 2019-cu ildən bəri ciddi şəkildə dəyişdiyini və həmin fərmanda qeyd olunan Türkiyənin hərbi əməliyyatı ilə bağlı gündəmin geridə qaldığını vurğulayaraq aşağıdakı fikirləri bildirib: "Bu fərman 13894 saylı prezident fərmanında istinad edilən bəzi əməliyyatların 5 il əvvəl başa çatmış olduğunu nəzərə alaraq, həmin fərmanda minimum dəyişikliklər edir. Xüsusilə, yenilənmiş fərman çərçivəsində ABŞ Suriyada sülh və təhlükəsizliyi, sabitliyi və ya ərazi bütövlüyünü təhdid edən, ciddi insan hüquqları pozuntularına səbəb olan və ya belə fəaliyyətlərə bilavasitə və ya dolayısı ilə iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək hüququnu qoruyur".
Həmçinin oxuyun
ABŞ və Türkiyə müttəfiq ölkələrdir. Hər ikisi NATO üzvüdür. Amma Bayden iqtidarı öz müttəfiqinə sanksiyalar tətbiq etmişdi. İki ölkə arasında narazılıq doğuran təkcə Suriya əməliyyatları olmamışdı. Eləcə də "S 400" sistemləri ilə bağlı tərəflərin gərginliyi müşahidə olunurdu. Tramp isə Türkiyəyə yaxınlığı ilə seçilən amerikalı liderdir. Baxmayaraq ki, dövlət katibi postuna namizəd göstərdiyi Marko Rubio antitürk diplomatdır, bununla belə, qardaş ölkənin prezidenti Ərdoğan Trampı seçkilərdə təbrik edərkən "dostum Tramp" deyə xitab etmişdi. İndisə Bayden gedərayaq daha bir jest edir - bu dəfə Türkiyəyə sanskiyaları aradan qaldırmaqla əslində, Tramp üçün Ankara-Vaşinqton münasibətlərində tramplin yaratmış oldu. Hərçənd, sözügedən fərman Tramp tərəfindən 14 oktyabr 2019-cu ildə imzalanmışdı. Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin patronajlığı ilə qurulan keçid hökumətini ABŞ də dəstəkləyir. Dəməşqə gəlmiş Dövlət Departamentinin nümayəndələri keçid hökumətinin lideri Qolaninin başına qoyulan 12 milyon dollarlıq mükafatın ləğv edildiyini açıqlamışdılar. İndisə Baydenin Suriya ilə bağlı Türkiyəyə qoyulan sanksiyaları aradan qaldırması həm Ankaraya jestdir, həm Ərdoğanın bu ərəb ölkəsində siyasətini dəstəkələməsinin təzahürüdür.
"Ən əsası ABŞ Ermənistanla imzaladığı strateji tərəfdaşlıq sənədindən sonra Türkiyə ilə münasibətləri yumşaldır. Çünki Amerika Türkiyəsiz Ermənistanın Avropaya çıxışı olmayacağını yaxşı dərk edir. Ona görə ABŞ Türkiyə ilə əlaqələrinə yenidən baxır ki, tumarladığı İrəvan üçün Ankaradan güzəştlər istəsin. Hazırda Türkiyə-Ermənistan normallaşma prosesini Vaşinqton ikiəlli dəstəkləyir. Bayden ermənipərəst bir siyasətçi olduğu üçün bu detalı da nəzərə alaraq, Türkiyəyə qarşı sankiyaları aradan qaldırıb", - deyə "Yeni Müsavat"a açıqlamasında ekspert Fuad Əliyev belə şərh etdi. Onun fikrincə, ABŞ və Türkiyənin Suriya məsələsində mövqeləri üst-üstə düşür, sadəcə, YPG ilə bağlı fikir ayrılığı mövcuddur. Trampla Ərdoğan arasında daha isti münasibətlər gözləyən şərhçinin sözlərinə görə, bunun Azərbaycan üçün faydaları var: "Hər halda, sanksiyaların ləğvi təqdirəlayiq addımdır. Halbuki Türkiyə bu təzyiqləri haqq etmirdi. Çünki Suriyanın şimalında olan terrorçuları zərərsizləşdirirdi. Bu gün də həmin əməliyyatlar aparılır. Ərdoğan bəyan edib ki, onların başları əziləcək. Hətta bu günlərdə çağırış etdi ki, Suriyadan əllərinizi çəkin. O, PKK, İŞİD kimi terror qüvvələrinin məhv ediləcəyini anons etdi. Tramp hakimiyyəti Türkiyənin bu addımlarına qarşı getməyəcək".
00:22 / 14 May 2025
Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - Canlı-Yenilənir
129
23:51 / 13 May 2025
İstanbulda zəlzələ oldu
155
23:39 / 13 May 2025
Ömürü qısaldan 4 qida
86
23:33 / 13 May 2025
Məcnun Məmmədov koronavirusa yoluxub
75
22:51 / 13 May 2025
Naxçıvanda avtomobil 4 nəfəri vurdu - FOTO
67
22:20 / 13 May 2025
Ramaldan danışıb ağladı - VİDEO
95
22:08 / 13 May 2025
Bu şəxslərə mənzil veriləcək
105
21:57 / 13 May 2025
Yeni direktor təyin edilib
84
21:53 / 13 May 2025
“Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək” - ABŞ-nin xüsusi elçisi
118
21:49 / 13 May 2025
Bakıda qorxulu anlar: Maşının içərisinə ilan girdi,görün nələr oldu - VİDEO
740
21:45 / 13 May 2025
O masada Putin də olacaq?
117
21:22 / 13 May 2025
Həmin şəxs işdən çıxarıldı
97
21:15 / 13 May 2025
Bakıda evlər ucuzlaşacaq? - Rəsmi AÇIQLAMA
88
21:10 / 13 May 2025
Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü
116
20:55 / 13 May 2025
Xərçəng riskini artıran 10 qida
86
20:33 / 13 May 2025
Seyidlər və onların nəslindən olan şəxslər İslamda hansı mövqeyə sahibdir?
95
20:23 / 13 May 2025
İmmuniteti gücləndirən möcüzə – Qırmızı kələmin FAYDALARI
88
20:20 / 13 May 2025
Jalə Həsənlinin adından pul qazanan “oğlan” ifşa edildi
85
20:17 / 13 May 2025
Tramp Suriya prezidenti ilə görüşəcək
65
20:12 / 13 May 2025
FHN: Bu ilin ilk rübündə yanğınlar zamanı 16 nəfər həlak olub
76
19:59 / 13 May 2025
Qətər prezidenti Boeing ABŞ-da narahatlıq yaradır
80
19:51 / 13 May 2025
Qanunsuz aborta görə cəza sərtləşdirilir
90
19:48 / 13 May 2025
Rusiya rəsmən açıqladı: Ukrayna ilə əlaqə var
86
19:42 / 13 May 2025
İki vəzifəyə təyinat oldu - FOTOLAR
534
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.