Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
690
17.01.2025, 17:44
Hər il olduğu kimi bu il də Kapital Bank Vyanada keçirilən 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa forumunda iştirak edib. Bu mötəbər forum regionun əsas iqtisadi və maliyyə məsələlərini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün platforma rolunu oynayaraq 2000-dən çox maliyyə bazarı liderini, hökumət nümayəndəsini, investor və beynəlxalq təşkilatı bir araya gətirib.
Forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil ediblər. Qeyd edək ki, bankın öncəliyi daim dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərinə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, xüsusilə aparıcı Avropa və Şərqi Avropa banklarının nümayəndələri ilə görüşüb, beynəlxalq maliyyə bazarlarında baş verən yeni tendensiyalar barədə fikir mübadiləsi aparıblar.
“Euromoney” Mərkəzi və Şərqi Avropa Forumu regiondakı əsas oyunçuların çağırışları və imkanları təhlil etmələrinə, sabitliyi və inkişafı təşviq edən siyasətlərin yaradılmasına töhfə vermələrinə imkan yaradır. Forumda mərkəzi bankların müasir iqtisadi mühitdə qarşılaşdıqları çətinliklər və imkanlar, inflyasiyanın öhdəsindən gəlmək üçün maliyyə siyasətinin effektivliyinin qiymətləndirilməsi, rəqəmsal valyutaların tətbiqi kimi mövzular müzakirə olunub.
Həmçinin oxuyun
Bundan əlavə forumda iqtisadi dayanıqlılıq, Ekoloji, Sosial və İdarəetmə (ESİ) təşəbbüsləri, maliyyə sektorunun rəqəmsallaşdırılması, davamlı maliyyələşdirmənin çətinlikləri və Avropa İttifaqına inteqrasiya prosesində Avropa iqtisadiyyatının gələcəyi kimi məsələlər də diqqət mərkəzində olub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

01:21 / 14 Dekabr 2025
769
00:52 / 14 Dekabr 2025
551
00:43 / 14 Dekabr 2025
128
00:04 / 14 Dekabr 2025
387
23:47 / 13 Dekabr 2025
1098
23:44 / 13 Dekabr 2025
75
23:30 / 13 Dekabr 2025
84
22:45 / 13 Dekabr 2025
484
22:30 / 13 Dekabr 2025
131
22:28 / 13 Dekabr 2025
159
22:22 / 13 Dekabr 2025
181
22:11 / 13 Dekabr 2025
295
21:58 / 13 Dekabr 2025
444
21:34 / 13 Dekabr 2025
1225
21:21 / 13 Dekabr 2025
104
21:19 / 13 Dekabr 2025
138
21:15 / 13 Dekabr 2025
99
21:02 / 13 Dekabr 2025
92
20:49 / 13 Dekabr 2025
431
20:44 / 13 Dekabr 2025
116
20:36 / 13 Dekabr 2025
103
20:26 / 13 Dekabr 2025
95
20:01 / 13 Dekabr 2025
317
19:53 / 13 Dekabr 2025
115
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.