12 yaşayış məntəqəsində işıq olmayacaq
26 Avqust 2026, 23:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
625
17.01.2025, 16:15
“Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanmış proqram çərçivəsində bu il 300-dək alim mükafatlandırılacaq.
Oxu24.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq.
Cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan “Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm “Scopus”, həm də “Web of Science” bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcək.
Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaq. Bu göstəricilərə aşağıdakılar aiddir:
- Hər iki baza üzrə elmi işlərin sahə üzrə istinad təsiri göstəriciləri;
- Elmi işlərin Q1 və Q2 kvartilli jurnallarda dərc olunması;
- Dünya üzrə ən oxunaqlı TOP 10% elmi iş siyahısında yer alma;
- Həmmüəllif sayı.
Qeyd edək ki, hesablama hər ay yenidən aparılacaq və həmin ay üzrə minimal şərtlərə tələb verən alimlər mükafatlandırılacaq.
Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.