Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128237
az

Bakıda 6 kiloqramlıq körpə doğuldu- Foto

10:5617 Yanvar, 2025
31
CƏMİYYƏT
  • A

Bakıda Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.

 Oxu24.com  xəbər verir ki, bu barədə xəstəxananın mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, yanvarın 10-da saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib.

“Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iriçəkili uşaq hesab olunur.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub. Hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır. Körpənin vəziyyəti orta-ağır, ananın vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda
Şəhid atası        vəfat      edib
Əhaliyə xəbərdarlıq!Yanvarın 18-i axşamdan...

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı