Azərbaycanda bu şəxslərə 2600 manat pul veriləcək — DETALLAR
02 Aprel 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
636
16.01.2025, 11:44
“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir
Qırmızı Ürəklər Fondu xeyriyyəçilik missiyasına sadiq qalaraq sosial layihələr həyata keçirməyə davam edir. Belə ki, Fond “Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində ötən gün Cəlilabad, Yevlax, Kürdəmir rayonlarından olan şəhid və qazi ailələrini sevindirib. 10 ailə tam təmirli, müasir standartlara cavab verən fərdi yaşayış evləri ilə təmin edilib.
Evlərin açarlarının təqdim olunması zamanı çıxış edən Fondun prezidenti Yusif Poladov layihənin önəmindən və cəmiyyətdə yaratdığı dəyərdən danışıb. “Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Dövlətimiz qazilərə və şəhid ailələrinə xüsusi qayğı göstərir. Bununla yanaşı bizim kimi xeyriyyəçilik missiyası daşıyan fondların, qurumların bu mözvuya həssas yanaşması, onları hər zaman diqqət mərkəzində saxlaması olduqca vacibdir. Ona görə də biz hər zaman sizin yanınızda olacağıq. Biz, ürəkləri birləşdirərək daha güclü və həmrəy Azərbaycan üçün çalışırıq”.
Həmçinin oxuyun
Qeyd edək ki, “Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində 2023-2024-cü illər ərzində Kürdəmir, Yevlax, Cəlilabad, Salyan, Zaqatala, Gədəbəy rayonlarında donorların dəstəyi ilə ümumilikdə 30 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 16-sı şəhid ailələrinə, 14-ü isə Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.
10:00 / 02 Aprel 2025
Trampın sərvəti ARTIB
1
09:50 / 02 Aprel 2025
Azərbaycanda bu şəxslərə 2600 manat pul veriləcək — DETALLAR
52
09:41 / 02 Aprel 2025
Neftçalada narkokuryerlikdə təqsirləndirilən şəxs həbs edilib
17
09:38 / 02 Aprel 2025
yaşlı kişi maşını ilə dərəyə yuvarlandı -FOTO
17
09:27 / 02 Aprel 2025
Ermənistan sülhə sadiqdir - Paşinyan
19
09:26 / 02 Aprel 2025
“O yazıq qızı rahat buraxın...” - Mirşahin Ağayev
151
09:19 / 02 Aprel 2025
Kənd sakini xəstəxanada dünyasını dəyişib
22
09:04 / 02 Aprel 2025
Aprel döyüşlərindən 9 il ötür
43
09:04 / 02 Aprel 2025
Zelenskiyə təcili çağırış- OLDU
40
08:55 / 02 Aprel 2025
Güclü YANĞIN - VİDEO
40
22:41 / 01 Aprel 2025
Əməkdar jurnalist vəfat etdi - FOTO
108
22:19 / 01 Aprel 2025
İlon Mask dünyanın milyarderlər siyahısına başçılıq edir.
104
21:37 / 01 Aprel 2025
İlk dəfə Azərbaycana gəldi
127
21:29 / 01 Aprel 2025
Trampın Səudiyyə Ərəbistanına nə vaxt səfər edəcəyi məlum olub
105
20:42 / 01 Aprel 2025
Avstraliyada fəlakətli daşqın 100 mindən çox mal-qaranı tələf etdi
131
20:40 / 01 Aprel 2025
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
131
20:27 / 01 Aprel 2025
Azərbaycanda 26 siyasi partiyadan 25-i maliyyə hesabatı təqdim edib - SİYAHI
129
20:25 / 01 Aprel 2025
İmişlidə qaz olmayacaq
127
19:44 / 01 Aprel 2025
DİQQƏT! Azərbaycanda bu gündən qadağa qüvvəyə mindi
1010
19:08 / 01 Aprel 2025
Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik edib
140
18:55 / 01 Aprel 2025
Avropa Ukraynanın Aİ-yə daxil olma tarixini açıqlayıb
160
18:47 / 01 Aprel 2025
Forbes ən varlı məşhurların adlarını açıqlayıb
136
18:34 / 01 Aprel 2025
Yeni səfir Rusiyada
140
18:31 / 01 Aprel 2025
Tokayev Özbəkistanda keçiriləcək Mərkəzi Asiya-Avropa İttifaqı sammitində iştirak edəcək
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.