Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basdı
10 May 2025, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
403
10.01.2025, 22:00
Yanvarın 16-da Mars planeti qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir.
oxəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq. Hər Mars yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə -1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq.
Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan saat 07:41-ə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını keçəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq.
Marsın ən böyük qarşıdurması Yerlə Marsın bir-birinə ən yaxın olduğu və Marsın göydə mümkün olan ən böyük parlaqlığa və bucaq ölçüsünə çatdığı hadisədir. Bu fenomen Marsın elliptik orbitinin təsiri ilə əlaqədardır, çünki Mars orbitində Günəşə nisbətən fərqli məsafələrdə hərəkət edir. Marsın ən böyük qarşıdurması təxminən 15-17 ildə bir dəfə baş verir. Bu, Mars Günəşə ən yaxın nöqtəsində - perihelidə olduğu zaman və Yer Marsa mümkün qədər yaxın olduqda baş verir. Belə hadisələrdə Mars ilə Yer arasındakı məsafə təxminən 0.37 AV (55 milyon kilometrə yaxın) olur.
Həmçinin oxuyun
Ən böyük qarşıdurma zamanı Marsın bucaq ölçüsü təxminən 25.1"-yə qədər artır və bu, adi qarşıdurmalarda olduğundan daha böyükdür. Parlaqlığı -2.9m ulduz ölçüsünə qədər yüksəlir ki, bu halda Mars Veneradan sonra gecə səmasında ən parlaq obyekt olur. Marsın səthindəki əsas detallar, məsələn, qütb papaqları, səhralar və albedo xüsusiyyətləri teleskop vasitəsilə aydın görünə bilər.
Marsın son dövrlərdə bir neçə böyük qarşıdurma hadisəsi baş verib:
* 2003-cü il 27 avqust: Mars Yerdən cəmi 55.7 milyon kilometr məsafədə olub. Bu, son 60 000 ilin ən yaxın qarşıdurması idi. Marsın bucaq ölçüsü təxminən 25.1" olmuşdu və bu hadisə böyük müşahidə kampaniyaları ilə müşayiət edilmişdi.
* 2018-ci il 27 iyul: Bu zaman Mars cəmi 57.6 milyon kilometr məsafədə olub.
Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq.
09:08 / 10 May 2025
Bu cür siyasi liderlər yüz ildən bir dünyaya gəlirlər — Pedaqoji Universitetinin müəllimi Ümummilli Liderdən yazır
4
09:00 / 10 May 2025
Azərbaycanda distant təhsil TANINACAQ
11
08:54 / 10 May 2025
“Azərbaycanla müharibə olmayacaq”
7
00:49 / 10 May 2025
“Hamı onu aktrisa bilir, əslində isə...” - “Komedixana”nın ulduzu haqqında bilinməyən faktlar
383
00:06 / 10 May 2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
250
23:49 / 09 May 2025
ChatGPT insanları aldadırmış - Ləğv edildi
260
23:14 / 09 May 2025
“Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
73
21:52 / 09 May 2025
Ağdaşda yanacaqdaşıyan maşın aşıb, iki nəfər xəsarət alıb
94
20:34 / 09 May 2025
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
2117
20:30 / 09 May 2025
Ceyhun Mirzəyevin yeganə qızı küçədə yaşayır - VİDEO
196
20:30 / 09 May 2025
Qoz hansı xəstəliyin riskini azaldır? – Həkim açıqladı
127
20:23 / 09 May 2025
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-3500 MANAT
124
20:21 / 09 May 2025
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər
97
20:19 / 09 May 2025
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub
94
20:10 / 09 May 2025
Alça kimlərə olmaz?
116
20:04 / 09 May 2025
İsrailin hava limanı vurulub
103
19:59 / 09 May 2025
Mayın 9-da Moskvada 200-dən çox texnika küçəyə çıxıb
99
19:59 / 09 May 2025
Hindistan ehtiyatda olan hərbçiləri orduya çağırır
88
19:55 / 09 May 2025
Bu dərmanları pulsuz ALACAĞIQ
108
19:55 / 09 May 2025
Patriarx Kirill yeni Roma Papasına müraciət edib
92
19:50 / 09 May 2025
Toya getmişdi,həyatını itirdi — 15 yaşlı Əlinin acı taleyi
981
19:45 / 09 May 2025
Paşinyana qarşı impiçment başladıldı
97
19:32 / 09 May 2025
İtin hücumuna məruz qaldı
109
19:18 / 09 May 2025
Britaniya Moskva və Kiyevdə keçirilən Qələbə paradlarını müqayisə edir
105
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.