27 avqustun ulduz falı — İstəməsəniz də, bu dəyişliklik baş verəcək
27 Avqust 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
836
10.01.2025, 16:03
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində fiziki şəxs Abbasov Zahir Həsən oğluna məxsus “Ay işığı” ictimai iaşə müəssisəsinin plandankənar yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Oxu24.com verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, həmçinin sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb.
Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçməyib, ayrıca manqal sahəsi təşkil edilməyib, mətbəx sahəsinin divar, döşəmə və tavan səthləri su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarla üzlənməyib. Həmçinin müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçmədən və xüsusi geyimlə təmin edilmədən fəaliyyət göstərdiyi və onların gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
11:16 / 27 Avqust 2026
1
10:54 / 27 Avqust 2026
34
10:50 / 27 Avqust 2026
45
10:35 / 27 Avqust 2026
51
10:29 / 27 Avqust 2026
51
10:13 / 27 Avqust 2026
48
09:58 / 27 Avqust 2026
54
09:47 / 27 Avqust 2026
58
09:31 / 27 Avqust 2026
56
09:10 / 27 Avqust 2026
53
09:06 / 27 Avqust 2026
66
09:02 / 27 Avqust 2026
65
09:00 / 27 Avqust 2026
65
08:58 / 27 Avqust 2026
56
23:46 / 26 Avqust 2026
120
23:16 / 26 Avqust 2026
130
22:53 / 26 Avqust 2026
118
22:53 / 26 Avqust 2026
130
22:26 / 26 Avqust 2026
119
21:53 / 26 Avqust 2026
125
21:07 / 26 Avqust 2026
123
20:47 / 26 Avqust 2026
140
20:21 / 26 Avqust 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.