Tarixin bu günü:Akademik Vasim Məmmədəliyev dünyaya gəlib
27 Avqust 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1250
10.01.2025, 15:09
Əməliyyat zamanı doğum gününü qeyd edən cərrah cəzalandırılıb.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Oxu24.com bildirilib ki, faktın ətraflı araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 09 yanvar 2025-ci il “GERMAN HOSPİTAL” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib.
Keçirilən xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin 4 (dörd) məsul üzvünə inzibati xəta məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir.
Qeyd etmək istərdik ki, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının müraciət bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.
11:37 / 27 Avqust 2026
1
11:33 / 27 Avqust 2026
12
11:29 / 27 Avqust 2026
15
11:28 / 27 Avqust 2026
19
11:16 / 27 Avqust 2026
27
10:54 / 27 Avqust 2026
122
10:50 / 27 Avqust 2026
49
10:35 / 27 Avqust 2026
57
10:29 / 27 Avqust 2026
52
10:13 / 27 Avqust 2026
49
09:58 / 27 Avqust 2026
56
09:47 / 27 Avqust 2026
62
09:31 / 27 Avqust 2026
60
09:10 / 27 Avqust 2026
53
09:06 / 27 Avqust 2026
68
09:02 / 27 Avqust 2026
65
09:00 / 27 Avqust 2026
65
08:58 / 27 Avqust 2026
56
23:46 / 26 Avqust 2026
120
23:16 / 26 Avqust 2026
130
22:53 / 26 Avqust 2026
119
22:53 / 26 Avqust 2026
130
22:26 / 26 Avqust 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.